Gürcüstan Demokratik Respublikası


Gürcüstan Demokratik Respublikası (GDR; gürcücə: საქართველოს დემოკრატიული რესპუბლიკა Sakartvelos Demokratiuli Respublika) — 1918–1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti. Rusiya imperiyasının 1917–18 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi — 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq CümhuriyyətiŞimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyasıErmənistan Xalq Cümhuriyyəti ilə, cənub-şərqdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə olmuşdur.

Demokratik Respublika
Gürcüstan Demokratik Respublikası
საქართველოს დემოკრატიული რესპუბლიკა
BayraqGerb
BayraqGerb
Gürcüstan Demokratik Respublikasının iddia etdiyi ərazilər
Gürcüstan Demokratik Respublikasının iddia etdiyi ərazilər
 
 

PaytaxtTbilisi
Dillərigürcü dili, rus dili, erməni dili, Abxaz dili, Azərbaycan dili, yunan dili, Osetin dili, Svan dili, Meqrel dili, Laz dili
Rəsmi dilləriGürcü dili
Ərazisi107.600 km²
Əhalisi2.500.000
İdarəetmə formasıUnitar dövlət, parlamentli respublika
Rəhbər
 • 1918–1921Noe Ramişvili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, hökuməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.

Həmçinin bax