Günəş tutulması (20 mart 2015)

Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür.

20 mart tarixində baş verən günəş tutulmasının Dublin şəhərindən olan görüntüsü. (09:30:09)

Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır.[1]

Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır. Martın 20-i yaz gecə-gündüz bərabərliyidir və tutulma Günəş altı aydan sonra Şimal yarımkürəsində qalxanda baş verib.[2]

Tam tutulmanın göründüyü məskunlaşılmış ərazilər yalnız FarerŞpitsbergendir.[3]

Müşahidəsi

Günəş tutulması 08:30GMT-də cənub-qərbdə başladı və şimal-şərqə tərəf hərəkət etdi. Tutulma Şimali Atlantik və Arktik okeanlarında (Qrenlandiya, İslandiya, İrlandiya, Birləşmiş Krallıq, Farer adaları, şimali NorveçMurmansk vilayəti) yaxşı görünürdü. Kölgə öz yoluna Qrenlandiyanın cənub sahilində başladı, daha sonra şimal-şərqə hərəkət etdi, İslandiya və Birləşmiş Krallıq arasında keçdi və Farer adları və Norveçin ən şimalındakı adalar üzərindən hərəkət etdi. Tutulmanın kölgəsi Avropada müxtəlif dərəcələrdə görünüb. Cənub-şərqi ərazilər yalnız natamam günəş tutulmasını müşahidə ediblər.[4] Məsələn, London 85% günəş tutulmasını görüb, ancaq Norveç dənizindəki Farel adalarının şimalı bütöv günəş tutulmasını görə bilib.[5]

Təsiri

Avropa Birliyinin təqribən 90 Gigavatt günəş gücü və istehsalı var və bu səmanın aydınlığından asılı olduğu üçün müvəqqəti olaraq 34 GW-a qədər enib.[6] Bu ilk dəfə idi ki, tutulma elektrik stansiyalarına böyük təsir edirdi və təsiri azaltmaq üçün elektrik sektoru ölçü götürdü. Gücdə dəyişiklik −400 MW/dəq və +700 MW/dəq ola bilər.[7][8]Temperatur 3 °C düşə bilər və külək gücü küləklər 0.7 m/s azaldığına görə düşə bilər.[9]

Hadisələrin toqquşması

20 mart 2015 tarixi həm də yaz gecə-gündüz bərabərliyidir. Əlavə olaraq, 2015-ci il üçün altı super ay gözlənilirdi və 20 mart 2015-ci il super ayı ilin üçüncüsü idi. Ancaq o, hilal olduğuna görə yalnız kölgəsi görünürdü.[10]

Coğrafi inkişaf

Əlaqəli tutulmalar

2015-2018-ci illərdə olması planlaşdırılan günəş tutulmaları.
Azalan düyün Artan düyün
1202015, 20 mart,

Tam
1252015, 13 sentyabr

Qismən
1302015, 9 mart

Tam
1352015, 1 sentyabr

Dairəvi
1402017, 26 fevral

Dairəvi
1452017, 21 avqust

Total
1502018, 15 fevral

Qismən
1552018, 11 avqust

Qismən
2018-ci ilin 13 iyul və 2019-cu ilin 6 yanvar tarixində qismən günəş tutulmasının baş verəcəyi gözlənilir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər