Gülzar Qurbanova

Gülzar Qurbanova (24 iyul 1970) — Azərbaycan teatr və kino aktrisası,[1] Azərbaycan Respublikasının əməkdar artisti.

Gülzar Qurbanova
Doğum tarixi24 iyul 1970(1970-07-24) (53 yaş)
Milliyyətiazərbaycanlı
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Fəaliyyətiaktrisa
Fəaliyyət illəri1986-cı ildən
MükafatlarıAzərbaycan Respublikasının əməkdar artisti

Həyatı

Gülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olmuşdur. Moskvada kinematoqrafiya institutunu bitirib.

Azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir.

Fəaliyyəti

Yuğ Dövlət Teatrının aktrisasıdır. Kinoda 20-dən çox obraz yaradıb.

Ad və mükafat

  • "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015-ci il)[2]
  • Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar Artisti (2011)
  • 9 may 2018-ci ildə[3], 10 may 2019-cu ildə[4], 7 may 2020-ci ildə[5] və 6 may 2023-cü ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Qəm pəncərəsi (film, 1986)(tammetrajlı bədii film)(rol:Xudayarın qızı)
  2. İmtahan (film, 1987)(tammetrajlı bədii film)(rol: Qumru)
  3. Ölsəm... bağışla (film, 1989)(tammetrajlı bədii film)(rol: Gülya)
  4. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)(tammetrajlı bədii film)(rol: Mədinə)
  5. "Ağ-qara" gecələr (film, 2013)(tammetrajlı bədii film)(rol: qadın)
  6. Ərazi (film, 2005)(qısammetrajlı bədii film)
  7. İtkin pay[7]
  8. Dovşanın ölümü (film, 2008)(qısammetrajlı bədii film)
  9. Bir addım (film, 2009)(qısammetrajlı bədii film)
  10. Əlavə təsir (film, 2010)(tammetrajlı bədii film)(rol: Xədicə)
  11. Qardaşımdan yaxşısı yox idi (film, 2010)(tammetrajlı bədii film)
  12. Kabusun gözüylə (film, 2010)(tammetrajlı bədii film)
  13. Dolu (film, 2012)(tammetrajlı bədii film)(rol: Pələngin anası)
  14. Mayak (film, 2012)(qısammetrajlı bədii film)(rol: Akifin anası)
  15. Sübhün səfiri (film, 2012)(tammetrajlı bədii film)(rol: Nanə)
  16. Çaqqal nəfəsi (film, 2013)(bədii serial)
  17. Qonşu qadın (film, 2015) (qısammetrajlı bədii film) (rol: qadın)
  18. Yarımçıq xatirələr (film, 2015)(tammetrajlı bədii film)(rol: Janna)
  19. Qırmızı bağ (film, 2016)(tammetrajlı bədii film)

İstinadlar