Gülxar Həsənova

Azərbaycan opera müğənnisi

Gülxar İbrahim qızı Həsənova (10 dekabr 1918, Bayramlı, Gəncə quberniyası30 mart 2005, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (1982).

Gülxar Həsənova
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeriBayramlı, Gəncə quberniyası, Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi (86 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
Dəfn yeriII Fəxri Xiyaban
VətəndaşlığıAzərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənniaktrisa
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955
"Şöhrət" ordeni — 1998 "Şərəf nişanı" ordeni — 1959

Həyatı

Gülxar Həsənova 10 dekabr 1918-ci ildə hazırkı Gəncə quberniyasının Bayramlı kəndində (hazırkı Şəmkir rayonu) anadan olmuşdur.

Bakı Teatr Texnikumunda oxumuş (1935–1937), Azərbaycan Dövlət Universitetini bitirmişdir (1959).

G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936–1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olmuşdur.

Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi.

Gülxar Həsənova 30 mart 2005-ci ildə Bakıda vəfat etmişdir.

Aktyorlar Ağadadaş Qurbanovun həyat yoldaşı, Hamlet Qurbanovun anasıdır. Aktrisa Gülşən Qurbanovanın ögey anasıdır

Təltif və mükafatları

Xatirəsi

15 avqust 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır[2]. 2018-ci ilin dekabrında Şəmkirdə Gülxar Həsənovanın 100 illik yubileyi qeyd edilmişdir.[3]

Filmoqrafiya

İstinadlar

Mənbə