Gülüstan (kitab)

Gülüstan (fars. گلستان‎‎‎) — Sədi Şirazinin 1258-ci ildə yazdığı epik əsəri.

Gülüstan
گلستان‎‎
Əsərin 1645-ci il Moğol dövrünə aid əlyazmasından Sədi Şirazinin Gül bağçasında (Gülüstanda) miniatürü
Əsərin 1645-ci il Moğol dövrünə aid əlyazmasından Sədi Şirazinin Gül bağçasında (Gülüstanda) miniatürü
MüəllifSədi Şirazi
JanrRoman
Orijinalın diliFarsca
Orijinalın nəşr ili1258
TərcüməçiMəmmədağa Soltan (şeirlər), Rəhim Sultanovİsmayıl Şəms (nəsr)
NəşriyyatBakı Kitab Klubu (2017)
Səhifə400 (2017)
Tiraj50
ƏvvəlkiBustan
ISBNISBN 978-9952-812-54-1 (2017)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib.[1]

Sədi Şirazinin iki ən məşhur əsəri "Gülüstan" və "Bustan"dır. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.[1]

Məzmun

Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz qabığı

"Gülüstan" epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.

Nəşr və tərcümə

Əsərdəki şeirlər Məmmədağa Sultanov, nəsr isə Rəhim Sultanovİsmayıl Şəms tərəfindən 1962-ci ildə Azərbaycan dilinə tərcümə edilib və Bakıda nəşr olunub. Müəlliflər əsərin elmi-tənqidi mətni əsasında daha da təkmilləşdirib 1987-ci ildə Bakıda, "Azərnəşr"də yenidən nəşr etdirmişlər.[2]

"Gülüstan" və "Bustan" 2004-cü ildə "Bustan" əsərinin 1964, "Gülüstan" əsərinin 1987 nəşri əsasında təkrar nəşrə hazırlanmış və Bakıda, Öndər nəşriyyatında 400 səhifədə, 25 min tirajla yenidən çap edilmişdir.[3]

“Gülüstan” əsəri 2013-cü ildə İranın paytaxtı Tehranda ərəb qrafikası ilə Azərbaycan dilində təkrar nəşr olunmuşdur. İki min nüsxə ilə çap olunan kitabın 6-cı və 7-ci səhifələrində yerləşdirilmiş cədvəldə latın və ərəb qrafikalı Azərbaycan əlifbalarının hərfləri, söz və söz birləşmələri yerləşdirilmişdir. Bu nəşr 1987-ci il nəşri əsasında hazırlanmışdır.[4]

Əsər 2017-ci ildə Bakı Kitab Klubunda 400 səhifədə çap edilib. Kitaba Şirazinin iki ən məşhur əsəri – "Gülüstan" və "Bustan" əsərləri salınıb.[1]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər