Fransa Dənizaşırı Bölgələr Birliyi

Fransa Dənizaşırı Bölgələr Birliyi (fr. La France d’Outre-Mer) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanıAntarktidada yerləşən bir çox ərazilər daxildir.

FDBB
France d'outre-mer
Bayraq
Bayraq
Sahəsi
 • Ümumi551394 km²
Əhalisi
 • Əhali2,735,000 (2017) nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dənizaşırı departamentDənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.

Dənizaşırı kollektivliklər yerli səviyyədə seçilmiş assambleyalar, Fransa parlamenti və Fransa hökuməti, kollektivliklərdən seçilmiş millət vəkili və senatorlar, habela Fransa Dənizaşırı Bölgələr Nazirliyi tərəfindən idarə olunmaqdadır. Fransa Dənizaşırı Bölgələr Birliyinin ərazisi 9,821,231 km² olan xüsusi iqtisadi zonaya malikdir və ölkə ərazisinin 17,8% hissəsini təşkil etməkdədir. Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan Adel Torpağı Fransa qanunlarına əsasən rəsmi şəkildə ölkənin bir parçası hesab olunsada, Antarktika haqqında konvensiyanın şərtlərinə əsasən ərazi mübahisələndirilmişdir.

Tarixi əhali
İlƏh.±%
1953 909.000—    
1963 1.194.000+31.4%
1973 1.475.000+23.5%
1983 1.656.000+12.3%
1993 2.028.000+22.5%
2003 2.414.000+19.0%
2013 2.691.000+11.5%
20162.774.000+3.1%
Bütün beş xarici departamentin əhalisi 2016-cı ilin yanvar ayında 2,114,000 [1] nəfər təşkil etmişdir. Dənizaşırı kollektivliklərdə yaşayan əhali 600.000 nəfərdir. (Sen-Pyer və Mikelon [2], Sen-Bartelemi[3], Sen-Marten [4], Fransa Polineziyası [5], Uollis və Futuna [6], Yeni Kaledoniya [7]). DepartamentKollektivliklərdə ümumi 2.774.000 nəfər yaşayır.

Üzərində yaşayış olan departamentlər və kollektivlər

Bu siyahıya 11 bölgə daxildir:

Bayraq[note 1]AdPaytaxtƏhaliƏrazi
(km2)
Əhali sıxlığı
(Hər km üçün2)
StatusYerləşməQeyd
Fransa QvianasıKayenna250,109[1]83,534[2]3Dənizaşırı departamentCənubi Amerika
Fransa PolineziyasıPapeete268,270[3]3,521[4]76Dənizaşırı kollektivlikSakit okean
QvadelupaBas Ter405,739[1]1,628[2]249Dənizaşırı departamentAntil adaları
MartinikaFor-de-Frans386,486[1]1,128[2]343Dənizaşırı departamentAntil adaları
MayottaMamudzu226,915[5]374[4]569Dənizaşırı departamentAfrika
(Mozambik boğazı)
2009-cu ilin 29 mart tarixində bölgənin Dənizaşırı departament statusuna yüksəldilməsi üçün referendum keçirilmişdir. 95,24% səslə qəbul olunan referendumun nəticələri 2011-ci ilin 31 mart tarixində qüvvəyə minmişdir. Komor adaları bölgəyə haqq iddia etməməkdədir.
Yeni KaledoniyaNumea268,767[6]18,575.5[7]14Dənizaşırı kollektivlikSakit okean2018-ci ildə müstəqillik üçün referendum keçiriləcək.
ReyunyonSen-Deni840,974[1]2,504[2]336Dənizaşırı departamentAfrika
(Hind okeanı)
Sen-BartelemiQustaviya9,035[8]25[9]361Dənizaşırı kollektivlikAntil adaları2007-ci ilin 22 fevralında Qvadelupadan ayrılmışdır.
Sen-MartenMariqo36,286[8]53[10]685Dənizaşırı kollektivlikAntil adaları2007-ci ilin 22 fevralında Qvadelupadan ayrılmışdır.
Sen-Pyer və MikelonSen-Pyer6,080[8]242[4]25Dənizaşırı kollektivlikKanadanın cənub-şərqi
Uollis və FutunaMata-Utu12,197[11]142[4]86Dənizaşırı kollektivlikSakit okean

Üzərində yaşayış olmayan ərazilər

(Ərazilər adətən müxtəlif elmi araşdırmalar və ekspedisiyalar üçün istifadə edilməkdədir.)

BayraqAdTabe olduğuSəpələnmiş adalarPaytaxtƏrazi (km2)StatusYerləşməQeyd
Klipperton---2[12]Fransa dövlətinin özəl mülkiyyətiMeksikanın qərbi
Fransanın Cənub və Antarktika əraziləriKroze adaları-Alfred Fo340[13]FCAƏ bölgəsiHind okeanının cənubu
Kergelen-Port-o-Frans7,215[13]FCAƏ bölgəsiHind okeanının cənubu
Sen-Pol adası
Amsterdam adası
-Marten-de-Vive66[13]FCAƏ bölgəsiHind okeanı
Adel Torpağı-Dümon Dürvill Stansiyası432,000[13]FCAƏ bölgəsiAntarktidaAntarktika haqqında konvensiyanın şərtlərinə əsasən
Hind okeanında səpələnmiş adalarBank-du-Qeysir-0FCAƏ bölgəsiAfrika
(Mozambik boğazı)
Komor adalarıMadaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Bassas da İndiya adaları-1[13]Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Avropa-30[13]Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən haqq iddia edilməkdədir
Qloryoz adaları-7[13]Hind okeanıKomor adalarıMadaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Xuan de Nova-5[13]Afrika
(Mozambik boğazı)
Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür
Tromelin adası-1[13]Hind okeanıMavriki tərəfindən ərazi iddiaları irəli sürülür

Xəritə

Dənizaşırı bölgələrdəki əsas şəhərlər

İstinadlar

Xarici keçidlər