Fokus Pokus (film, 1993)

Fokus Pokus (orijinalda ing. Hocus Pocus) — 1993-cü ildə çıxarılmış ABŞ fentezi komediya filmi. Film, Massaçusetsstatının Salem şəhərində bakir yeniyetmə oğlan (Omri Katz) tərəfindən Hellouin gecəsi təsadüfən həyata qaytarılmış üç qəddar cadugərdən (Bett Midler, Sara Cessika Parker, Keti Nacimi) bəhs edir. Film, Mik Qarris və Neyl Katbert tərəfindən yazılmış ssenari əsasında Kenni Orteqanın rejissorluğu ilə çəkilmişdir.

Fokus Pokus
ing. Hocus Pocus
Janrqorxu filmi, fentezi filmi[d], komediya filmi
RejissorKenni Orteqa
ProdüserlərDevid Krişner
Stiven Haft
Əsərin müəllifləriDevid Krişner və Mik Qarrisin hekayəsinə əsaslanır
Ssenari müəllifləriMik Qarris
Neyl Katbert
Baş rollardaBett Midler
Sara Cessika Parker
Keti Nacimi
Omri Katz
Tora Börç
Vinessa Şou
OperatorHiro Narita
BəstəkarCon Debni
MontajçıPiter Edvard Berger
İstehsalçıWalt Disney Pictures
DistribütorlarBuena Vista Pictures Distribution, Inc.
İlk baxış tarixi16 iyul 1993
Müddət96 dəq.[1]
Büdcə$28 milyon[2]
Gəlir$45.4 milyon[3]
ÖlkələrABŞ ABŞ
Dilingiliscə
İl1993
Rəngrəngli
Çəkiliş yeriKaliforniya
IMDbID0107120
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film ABŞ-da 16 iyul 1993-cü ildə Walt Disney Pictures tərəfindən çıxarılmışdır. Çıxarıldığı il film, tənqidçilər tərəfindən əsasən mənfi qarşılanmış, neqativ və ya qarışıq rəylər almış, həmçinin kassa uğuru əldə edə bilməmişdir. Eyni zamanda, ehtimal ki, filmin kinoteatr yayımı zamanı Disney təxminən $16.5 milyon ziyana uğramışdır. Lakin, Disney ChannelFreeform (keçmiş ABC Family) telekanallarında hər il oktyabr ayında təkrar göstərilməsi izləyicilərin filmi yenidən kəşf etmələrinə imkan yaratmış, beləcə ilbəil Hellouin ərəfəsində filmin ev nümyişi üçün satışları artmışdır.[4] Film Hellouinlə əlaqəli kult filmi statusu qazanmışdır.[5][6]

Filmin sikveli olan Fokus Pokus 2 30 sentyabr 2022-ci ildə Disney+ striminq xidmətində debüt etmişdir.

İstinadlar