Fitnə (film, 1970)

Fitnə — 1970-ci ildə Azərbaycanda istehsal olunmuş cizgi filmi.

Fitnə
Fayl:Fitnə (film, 1970).jpg
Janrdram
musiqili
RejissorAğanağı Axundov
Ssenari müəllifiƏdhəm Qulubəyov
OperatorAleksandr Milov
BəstəkarAqşin Əlizadə
RəssamElbəy Rzaquliyev
İstehsalçı"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi18 oktyabr 1971
Filmin növüqısametrajlı cizgi filmi
Müddət9 dəq.
ÖlkələrSSRİ SSRİ
Dilrusca
İl1970
Texniki məlumatlar1 hissə
251 metr
35 mm
Rəngrəngli

Məzmun

İnsan əlinin zəhməti və iradəsi hesabına ən çətin, hətta ağlasığmaz işlərin də öhdəsindən gələ bilər. Filmin təlqin etdiyi fikir budur.

Nağılın qəhrəmanı gözəl Fitnə xalq arasından çıxmış bir qızdır. O, şaha və onun əyanlarına öz üstünlüyünü sübut edir, şahın məhəbbət və hörmətini qazanır.

Film Orta əsr Azərbaycan miniatür sənəti üslubundadır.

Film haqqında

Film dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmişdir.

Applikasiya filmidir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Ədhəm Qulubəyov
Rejissor: Ağanağı Axundov
Quruluşçu rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Aqşin Əlizadə
Operator: Aleksandr Milov
Səs operatoru: Əziz Şeyxov
Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Nazim Məmmədov
Fon rəssamı: R.Ələkbərov, Elçin Axundov
Rejissor assistenti: F.Əfəndiyev
Operator assistenti: Ramiz Babayev
Montaj üzrə assistent: Lidiya Vyalsova
Mətni Oxuyan: Konstantin Artyomov
Redaktor: İntiqam Qasımzadə
Filmin direktoru: İbrahim Səfərov

Mənbə

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər