Fateh Təkkə

Fateh Təkkə (d. 9 sentyabr 1977, Körpübaşı, Trabzon) — Fateh Sultan ləqəbi ilə də məşhur olan Türkiyəli məşqçi və keçmiş futbolçu. Hal-hazırda ölkəsində İstanbulspor klubunun baş məşqçisidir.

Fateh Təkkə
türk. Fatih Tekke
Ümumi məlumatlar
LəqəbiSultan
Doğum tarixi (46 yaş)
Doğum yeriKörpübaşı, Trabzon ili, Türkiyə Türkiyə
VətəndaşlığıTürkiyə Türkiyə
Boyu178
Çəkisi75 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubTürkiyə İstanbulspor
VəzifəsiBaş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1994–2000Türkiyə Trabzonspor83 (12)
1997–1998 Türkiyə Altay24 (8)
2000–2002Türkiyə Qaziantepspor57 (28)
2002–2006Türkiyə Trabzonspor114 (77)
2006–2010Rusiya Zenit Sankt-Peterburq73 (24)
2010Rusiya Rubin Kazan5 (0)
2010–2011Türkiyə Beşiktaş2 (0)
2011Türkiyə Ankaragücü9 (3)
2011–2012Türkiyə Orduspor15 (3)
Milli yığma[* 2]
1998–2007Türkiyə Türkiyə25 (9)
Məşqçisi olduğu klublar
2015Türkiyə Türkiyə U-17
2015Türkiyə Kayseri Ərciyəsspor
2016Türkiyə Boluspor
2017–2018Türkiyə Manisaspor
2018Türkiyə Dənizlispor
2018–2019Türkiyə İstanbulspor
2020–…Türkiyə İstanbulspor

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Türkiyə karyerası

Fateh Trabzon əyalətindəki kiçik Körpübaşı şəhərində anadan olub. 1994-cü ildə bölgənin əsas komandası olan Trabzonspora qatıldı. İlk komandada meydana çıxmağa başlayanda hələ yeniyetmə idi. 1994-1997 illəri arasında oynadığı 45 matçda 6 qol vurdu. 1997-1998 mövsümünün əvvəlində 24 matçda 8 qol vurduğu İzmirin Altay klubuna icarəyə verildi. Qalatasaraya 4-5 hesabı ilə məğlub olduqları oyunda het-trik etdi. Ancaq bir neçə həftə sonra oynana matçda ayağı sınan Fateh altı ay yaşıl meydanlardan kənarda qaldı. Trabzonspora qayıtdıqdan sonra Təkkə 2000-ci ilin yayında Qaziantepspora transfer olunmadan əvvəl 38 oyun keçirdi və 6 qol vurdu. Elə bu dövrdə o, ilk dəfə Türkiyə milli futbol komandasının heyətinə çağırıldı.

2002-ci ildə Təkkə yenidən Trabzonspora qayıtdı və kapitanlıq sarğısı ona verildi. Bu karyerasının zirvəsinə çatdığı vaxtlar idi. 2004-05 mövsümündə o, 31 qolla liqanın ən çox qol vuran oyunçusundan 7 qol qabaqda və Qızıl Buts mükafatı uğrunda ikinci oldu. Trabzonsporla birgə ardıcıl iki mövsüm Türkiyə kubokunu qazandı.

Rusiya karyerası

2006-cı ilin iyul ayında Sankt-Peterburqun Zenit klubu ilə müqavilə bağladı. 6 Avqust 2006-cı ildə Şinnik Yaroslavlla oyunda debüt edən Təkkə klubdakı ilk oyununda komandası 1-0 hesabı ilə qalib gələrkən komandasının yeganə qolunu vurdu. UEFA Kubokunun qrup mərhələsində Larissa komandasını 3-2 hesabı ilə məğlub etdikləri oyunda da komandasının qələbə qolunu vurdu. 2008-ci ildə UEFA kubokunun finalında Qlazqo Reyncers üzərində qazanılan qələbədə ikinci qolun ötürməsini verdi. 21 oktyabr 2008-ci ildə Fateh UEFA Çempionlar Liqasında BATE Borisovla 1-1 hesablı heç-heçədə də fərqləndi. 3 Fevral 2010-cu ildə Təkkə Rubin Kazan ilə üç illik müqavilə imzaladı. Beşiktaşa keçərək Türkiyəyə qayıtmaq qərarına gəlməzdən əvvəl yalnız beş oyun keçirdi.

Türkiyəyə qayıdışı

1 sentyabr 2010-cu ildə Təkkə Beşiktaşla iki illik müqavilə imzaladı. Ancaq 2010-11 transfer pəncərəsində Ankaragücünə göndərilməmişdən əvvəl cəmi iki oyun oynaya bildi. Burda da çıxış etdiyi 5 qarşılaşmada üç qol vurdu. 2011-ci ilin yay transfer mövsümünün tanıtımında Orduspor Təkkəni Ankaragücüdən satın aldıqlarını açıqladı. Ona burda 23 nömrəli forma və kapitanlıq sarğısı verildi. Bu klubda da futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başladı.

Beynəlxalq karyerası

Fateh müxtəlif vaxtlarda Türkiyə U-15, Türkiyə U-16, Türkiyə U-17, Türkiyə U-18, Türkiyə U-21 yığmalarında, 1998-2007-ci illərdə isə əsas komandada - Türkiyə milli futbol komandasının heyətində çıxış etmişdir. Türkiyə U-16 komandası ilə 1994-cü ildə keçirilən Futbol üzrə 17 yaşadək Avropa Çempionatında qalib olmuşdur. Əsas millidə isə 25 oyunda 9 dəfə fərqləndi.

Karyera statistikası

Türkiyə milli futbol komandasının heyətində vurduğu qollar

#TarixMəkanRəqibHesabNəticəTurnir
1.4 Sentyabr 2004Hüseyn Avni Aker stadionu, Trabzon, Türkiyə Gürcüstan1–01–12006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
2.9 Oktyabr 2004Şükrü Saracoğlu stadionu, İstanbul, Türkiyə Qazaxıstan3–04–02006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
3.9 Oktyabr 2004Şükrü Saracoğlu stadionu, İstanbul, Türkiyə Qazaxıstan4–04–02006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
4.30 Mart 2005Mixail Mesxi adına stadion, Tbilisi, Gürcüstan Gürcüstan1–22–52006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
5.30 Mart 2005Mixail Mesxi adına stadion, Tbilisi, Gürcüstan Gürcüstan1–32–52006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
6.8 İyun 2005Almatı Mərkəzi stadionu, Almatı, Qazaxıstan Qazaxıstan0–10–62006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
7.8 İyun 2005Almatı Mərkəzi stadionu, Almatı, Qazaxıstan Qazaxıstan0–40–62006 FİFA Dünya Kubokunun seçmə mərhələsi
8.17 Avqust 2005Vasil Levski Milli stadionu, Sofiya, Bolqarıstan Bolqarıstan0–13–1Yoldaşlıq oyunu
9.16 Avqust 2006Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq Lüksemburq0–10–1Yoldaşlıq oyunu

Uğurları

Futbolçu olaraq

Türkiyə U-16 milli futbol komandası

  • Futbol üzrə 17 yaşadək Avropa Çempionatı: 1994

Trabzonspor

Zenit Sankt-Peterburq

Rubin Kazan

  • Rusiya Super Kuboku: 2010

İstinadlar

[1]