Faiq Ağayev

(Faiq Ağayev (müğənni) səhifəsindən istiqamətləndirilmişdir)

Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008).[1][2]

Faiq Ağayev
Faiq Balağa oğlu Ağayev
Ümumi məlumatlar
LəqəbləriCənab Qızıl Şlyager, 100% F.A
Doğum tarixi (52 yaş)
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni
Fəaliyyət illəri1988–hal-hazırda
Janrpop musiqi
TəhsiliAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2008 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000 "Humay" mükafatı
Rəsmi veb-saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[3].

Yaradıcılığı

Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur.[4] Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır.[5] Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir.

Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.

1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.

1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev — Albom Kolleksiyası" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1998-ci ildə Faiq Ağayev üçgünlük "10 il Sizinlə" solo konsertinə görə "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanır.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilir.

2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu…") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur.

2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilmişdir.

2012-ci ilin 27–30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı "VİDA" solo konsertləri keçib. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

2013, 2015, 2018-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.[6] 2019-cu ildə "Eurovision" mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyətinin xallarını elan etmişdir.[7]

2015-ci ildə AzTV-də yayımlanan lisenziyalı "Səs Azərbaycan" (The Voice Azerbaijan") teleşousunda ustad münsif olmuşdur.[8]

Mükafatları

Diskoqrafiya

Əsas məqalə: Faiq Ağayev diskoqrafiyası

Mahnılar

Albomlar

Kliplər

TarixAd
1996Səni Əvəz Eləmir
Sənə Də Qalmaz
1998Sən Elə Bilirdin
Həsrətimsən
Yuxu Görmək İstəyirəm
1999Dəşti
2000Aldatdı Məni
Kor Ərəbin Mahnısı
2002Sən Gəlməz Oldun
2003Azərbaycan
Dahi
2003İlhama Səs Veririk
2003Ayrılma Məndən
2004Pəncərə
2005Yalan
2006Neyləyim
2006Ömür Bumu
2006Bağışlaram Səni
Biləydin Kaş
2011Bal Kimi
Sevgi Qəfəsdir
2012Əlvida
2018Gözüm Dəyməsin Sənə
2020Sən Qalibsən!
2021Səni Əvəz Eləmir (Remake)
2022Deyə...
2022Demedim Mi
2022Öyrəşdim...
2023Dönmə Geri (Remake)
2023Dahi (Klassik Versiya)
2024Anaya Məktub / Bəlkə Də ft. PRoMete
2024Azərbaycan (Remake) ft. DJ Khalig

Filmoqrafiya

  1. Qış nağılı I/II (film, 2001/2002)
  2. Adam ol! (film, 2005) (tammetrajlı bədii film) rol: müğənni Faiq
  3. "Kəklikotu" filmi[11]

Solo konsertlər

  • 1990 - "Ən Əziz Gün" (16.09.1990)
  • 1991 - "Ola Bilməz" (28.09.1991)
  • 1992 - "Gəl, Gülüm" (26-27.09.1992)
  • 1993 - "Naz Etmə" (23-24.05.1993)
  • 1994 -
  • 1995 - "120 dəqiqə Sizinlə"
    • Gənc Tamaşaçılar Teatrı (19-21.05.1995)
    • Respublika Sarayı (29.12.1995)
  • 1996 - "Cənab Qızıl Şlyager" (29.12.1996)
  • 1997 -
  • 1998 - "10 il Sizinlə" (27-29.12.1998)
  • 2000 - "Faiq Ağayev 2000" (12.01.2000)
  • 2000 - "Ulduzlar Dueti" Soso Pavliaşvili ilə (13.04 2000)
  • 2000 - "Əsrin və Minilliyin Son Konserti" (28.12.2000)
  • 2001 - "Tam Məxfi" (29.12.2001)
  • 2002 - "Faiq Show" with Lee Alex (23-24.11.2002)
  • 2002 - "5151" (27-28.12.2002)
  • 2004 - "1oo% F.A" (14-15.02.2004)
  • 2005 - "F.A Solo" (26-29.05.2005)
  • 2006 - "F.A 1/2" (28-29.12.2006)
  • 2007 - "FAEtirAF" (09-13.01.2007)
  • 2010 - "Sevilməli zamandır" (08.03.2010)
  • 2012 - "F.A VIDA" (27-30.12.2012)
  • 2016 - "F.A made in Azerbaijan" (29-30.12.2016)
  • 2017 - "Bollywood Night" Alişa Çinay ilə (11.11.2017)
  • 2019 - "F.A Open Air" (24.08.19)

İstinadlar

Xarici keçidlər