Faberje yumurtası

Faberje yumurtasıFaberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır.[1]

Qızılgüllü və qəfəsli yumurta. 1907

"Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çevrilmişdir.

Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir.

Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. "Toyuq" adlanan bu yumurta klassik yumurta şəklində hazırlanmışdır. Onun içərisindəki sarısı gözləri yaqut qaşı ilə işlənilmiş toyuq formasında olub, qızıl külçəsindən hazırlanmış, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir.

III Aleksandrın çarlığı

İlləriTəsvirlərıAdlarıXüsusiyyətləriİlk sahibiSahibi
11885"Toyuq"Adi klassik ağ rəngli yumurta şəklində hazırlanmışdır. Onun içərisindəki sarıısı gözləri yaqut qaşı ilə işlənilmiş toyuq formasında olub, qızıldan hazırlanmış, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir.Mariya Fyodorovna Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
21886"Sapfir kolyeli Toyuq"Naməlum
31887"Üçüncü İmperial"Naməlum
41888"Mələk və araba"Naməlum
51889"Nesesser"Naməlum
61890"Danimarka sarayı" ABŞ, Matilda Heddinqs Qrey fondu, Metropoliten muzeyi
71891"Azova xatirə" Rusiya, Moskva, Silah palatası
81892"Almaz qəfəsli"Yumurta bavenit süxurundan hazırlanmışdır. Diaqonal istiqamətdə toxunulmuş qızıl qəfəsə başdan-başa brilliant daşlar düzülmüşdür. Qəfəsin diaqonal millərinin birləşdiyi yumurtanın yuxarı və aşağı qütblərində iki böyük brilliant daş yerləşir. Yumurtanın içərisi sürpriz üçün nəzərdə tutulmuş, ağ atlasla örtülmüş boşluğa malikdir. Böyük Britaniya, London, Şəxsi kolleksiya
91893"Qafqaz"XV Lüdovik sonrakı dövr stilində hazırlanmışdır. Yumurta dörd oval qapıcıqlara malikdir. Hər bir qapıcığın kənarlarına dövrəmə mirvariləl düzülmüşdür. Hər bir apıcığın bayır səhinə rəqəmli brilliant çələng vurulmuşdur. Hə çələnglərdə hək olunmuş rəqəmlər birlikdə, "1893" onun hazırlanma ilini göstərir. ABŞ, Matilda Heddinqs Qrey fondu, Metropoliten muzeyi
101894"İntibah"Mücrünü xatırladan məmulat yumurta formasında olub, şəffaf mavi-ağ çalarlı aqat üzlüyə malikdir. Yimirta üfuqi vəziyyətdə oval formalı, qızıldan hazırlanmış əsas üzərində durur. Yumurta boylama kəsik üzrə üst və alt hissəyə bölünür. Üst yarısının səhi rombşəkilli qəfəslə əhatələnmişdir. Qəfəsin romblarının bir-biri ilə birləşən nöqtələri güllər ilə bəzədilmişdir. Üst yarısının mərkəz hissəsində "1884" tarixi almazlarla işlənilmişdir. Ust ə alt hissələr bir birinə şarnirlər (bəndlər) vasitəsilə bərkidilmişdir. Yunurtanın hər iki qütbündə ağzında halqa tutmuş şir başı fiqurlu dəstəklər vardır. Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu

II Nikolayın çarlığı (XIX əsr)

İlləriTəsvirlərıAdlarıXüsusiyyətləriİlk sahibiSahibi
111895"İlanlı göy saat"Mariya Fyodorovna Monako, Albera kolleksiyası
121895"Qızılgül qönçəli"Aleksandra Fyodorovna Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
131896"III Aleksandr"Mariya Fyodorovna ABŞ, Vaşinqton, Hillvud muzeyi
141896"Büllur"Aleksandra Fyodorovna ABŞ, Riçmond, Macar incəsənət muzeyi[en]
151897"Çəhrayı-bənövşəyi"Mariya FyodorovnaNaməlum
161897"Tacqoyma"Aleksandra Fyodorovna Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
171898"Qutan"Mariya Fyodorovna ABŞ, Riçmond, Macar incəsənət muzeyi[en]
181898"İnciçiçəyi"Aleksandra Fyodorovna Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
191899"Üçrəng bənövşə"Mariya Fyodorovna ABŞ Şəxsi kolleksiya, Nyu-Orlean
201899"Zanbaq dəstəsi"Aleksandra Fyodorovna Rusiya, Moskva, Silah palatası
211900"Xoruz"Mariya Fyodorovna Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[ru] fondu
221900"Transsibir magistralı"Aleksandra FyodorovnaSilah palatası
231901"Qatçina sarayı"Mariya Fyodorovna ABŞ Uoltserin bədii qalereyası, Baltimor, Merilend
241901"Gül səbəti"Aleksandra Fyodorovna Böyük BritaniyaII Yelizavetanın kolleksiyası

İstinadlar