Fərqanə Qasımova

Fərqanə Qasımova (6 avqust 1979, Şamaxı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti.

Fərqanə Qasımova
Fərqanə Alim qızı Qasımova
Ümumi məlumatlar
Doğum tarixi6 avqust 1979(1979-08-06) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
MilliyyətiAzərbaycanlı
AtasıAlim Qasımov
Musiqiçi məlumatları
FəaliyyətiMüğənni, xanəndə
Fəaliyyət illəri1996-cı ildən
JanrMuğam
Mükafatları"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fərqanə Qasımova 6 avqust 1979-cu ildə Şamaxı rayonunda anadan olmuşdur. 1996–2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir.

1996-cı ildən başlayaraq, atası – xanəndə A.Qasımovla birgə H.Əliyev adına sarayın (1998, 2000, 2005, 2006-cı illərdə), M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (2004) səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsveçrədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana,1999-2005), Belçikada (1999), İngiltərədə (London, 2000), Yaponiyada (Tokio, 2005), İtaliya (Parma, 2007), Polşada (Vroslav, 2007) və s. – iştirak edib.

2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür.

1999–cu ildə Avropada A. Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb. 2006-cı ildə belçikalı rejissor Kriss Delvill F. Qasımova haqqında "Meditation day" adlı 53 dəqiqəlik sənədli film çəkib. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4] və 9 may 2018-ci ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

  • [1] Rəsmi Facebook səhifəsi
  • [2] Rəsmi İnstagram hesabı
  • [3] Rəsmi Twitter hesabı
  • [4] Rəsmi YouTube kanalı