Fərid Quliyev (futbolçu)

Fərid Ruslan oğlu Quliyev (6 yanvar 1986[1][2], Bakı) — Azərbaycan futbolçusu.

Fərid Quliyev
Ümumi məlumatlar
Tam adıFərid Ruslan oğlu Quliyev
Doğum tarixi (38 yaş)
Doğum yeri
VətəndaşlığıAzərbaycan Azərbaycan
Boyu1.83 m (6 ft 0 düym)
Çəkisi70 kq
Mövqeyihücumçu
Klub haqqında məlumat
KlubAzərbaycan Sumqayıt
Nömrəsi86
Karyerası
Klub karyerası[* 1]
2003—2005Azərbaycan Dinamo Bakı6 (0)
2005—2006Azərbaycan Qarabağ7 (1)
2006—2008Azərbaycan Bakı26 (2)
2008 Azərbaycan Muğan Salyan13 (4)
2009—2010Azərbaycan Standard Sumqayıt38 (19)
2010– 2012Azərbaycan Neftçi Bakı26 (3)
2012—h.h.Azərbaycan Sumqayıt0 (0)
Milli yığma[* 2]
2010—h.h.Azərbaycan Azərbaycan7 (1)

Fərid Quliyev gənc olsa da, artıq müəyyən özünəməxsus göstəricilər qazanıb. Çempionlar Liqasında qol vuran ən gənc azərbaycanlı futbolçudur. "Bakı" 2006-ci ildə Çempionlar Liqasının birinci mərhələsində mübarizəyə qoşularkən, o da bu komandanın üzvlərindən biriydi. Gürcüstanda "Sioni"yə uduzulan matçda (0:2) forma geyinməsə də, cavab görüşündə 45 dəqiqə meydanda oldu. Fasilədə Georgi Meqreladzeni əvəzləyən Fərid sona 15 dəqiqə qalmış adını tabloya yazdırdı. Başla vurduğu qol UEFA-nın rəsmi saytında da öz yerini tapdı. O, ilk mərhələnin ən gözəl qollarından birinə imza atmışdı. Gəncin təkbaşına fədakarlığı "Bakı"nın "Sioni" səddini keçməsinə çatmasa da, hər halda klub ÇL-də ilk qələbəsini qazandı. Oyunu izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna gələn azarkeşlərdən biri Rəşad Kərimov isə 18 min dollar uddu. "Bakı"nın udmasına əmin olub, bukmeyker kontoruna pul qoyduğu üçün. Milli çempionatlar tarixində vurulan ən erkən qol da Fəridin aktivindədir. "Standard"ın heyətində "Turan"ın qapısından 28-ci saniyədə ilk topu keçirib. Camal Məmmədovun ideal ötürməsini bir toxunuşla tora qovuşduran hücumçu bu görüşdə dubl etməklə yanaşı, 1 qolun da pasını verdi. Yola saldığımız çempionatda 7 dəfə rəqib qapıçılarını məyus edən forvard 4 qolu "Muğan"da, qalanlarını "Standard"da vurub. Legioner limiti götürüləndən sonra meydan gəlmələrə qalsa da, Quliyev əksər yerli futbolçular kimi gözdən itmədi. Bombardirlər siyahısı legionerlərin "oylağına çevrilib", bununla belə, Olimpiya yığmamızın keçmiş üzvü onların içərisində özünə yer edə bilib.

Uğurları

Mənbə

Həmçinin bax