Fərid Nəbiyev

Fərid Nəbiyev (22 iyul 1999[1][2], Ağstafa) — Azərbaycan futbolçusu, Çexiya futbol klubu olan "Viktoriya Zijkov" klubunun hücumçusu.[3]

Fərid Nəbiyev
Ümumi məlumatlar
Tam adıFərid Nəbiyev
Doğum tarixi22 iyul 1999(1999-07-22)[1][2] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu1.74
MövqeyiHücumçu
Əsas ayağısağ
Klub haqqında məlumat
KlubÇexiya Viktoriya Zijkov
Nömrəsi10
Karyerası
Gənclik karyerası
Azərbaycan Qəbələ
Klub karyerası[* 1]
2016—2017Azərbaycan Qəbələ1 (0)
2017—2018Çexiya Slaviya Praqa U-2110 (3)
2018 Gürcüstan Şevardeni-19066 (2)
2018—2020Çexiya Slaviya Praqa U-2125 (19)
2020—h.hÇexiya Viktoriya Zijkov14 (2)
Milli yığma[* 2]
2014—2016Azərbaycan Azərbaycan U-1714 (2)
2016—2017Azərbaycan Azərbaycan U-196 (1)
2018—h.hAzərbaycan Azərbaycan U-203 (0)
2017—h.hAzərbaycan Azərbaycan U-212 (0)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Qəbələ

Nəbiyev "Qəbələ" akademiyası vasitəsilə inkişaf etmişdir. Nəbiyev əsas komanda ilə debütünü 21 dekabr 2016-cı ildə etmişdir. O, 90-cı dəqiqədə "AZAL" klubu ilə qarşılaşmada Teo Uiksi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Kuboku görüşündə AZAL-a 2-0 hesabı ilə qalib gəlmişdir.[4]

Slaviya Praqa

Nəbiyev 2017-ci ilin avqust ayında Çexiya Gənclər Liqası təmsilçilərindən olan "Slaviya Praqa" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə 3 illik bir müqavilə imzalamışdır. O, 4 sentyabr 2017-ci ildə "Prşibram" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə keçirilən qarşılaşmada debüt etmişdir. Matç 1:2 hesabla "Slaviya Praqa" komandasının məğlubiyyəti ilə başa çatmışdır. Start heyətində yer alan Nəbiyev 84-cü dəqiqədə əvəzlənmişdir.[5] Nəbiyev 2018-ci ilin avqust ayında cari mövsümdə 5 oyunda çıxış etdiyinə, 4 qol vurduğuna və 3 məhsuldar ötürmə etdiyinə görə əsas komandaya dəvət almışdır.[6] Nəbiyev 1 aprel 2019-cu il tarixində "Teplitse" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə keçirilən qarşılaşmanın 49-cu, 76-cı və 82-ci dəqiqələrində qol vuraraq hetrik etmişdir. Matç 0:7 hesabla "Slaviya Praqa" komandası qələbəsi ilə nəticələnmişdir.[7]

Şevardeni-1906

Nəbiyev 2018-ci ilin mart ayında Gürcüstan Milli Futbol Çempionatında çıxış edən "Şevardeni-1906" klubuna icarəyə verilmişdir. Nəbiyev bu komanda ilə ilə 2 aylıq müqavilə imzalamışdır. Futbolçunun agentinin verdiyi məlumata görə, buna səbəb Nəbiyevin Çexiyada işçi vizası ala bilmədiyi üçün belə bir addım atmışdır. Buna görə də o, matçlarda çıxış edə bilmirdi. Buna baxmayaraq, Nəbiyevin agenti problemin tezliklə həll olunacağını bildirmişdir.[8] Nəbiyev "Şevardeni-1906" komandasındakı debütünü 31 mart 2018-ci ildə "Dinamo Batumi" komandasına qarşı keçirilən qarşılaşmada etmişdir ki, bu matçda 1:3 hesabıyla məğlubiyyətə uğramışdır.[9]

Viktoriya Zijkov

2020-ci ilin yanvar ayında Fərid Çexiya ikinci liqasının klubu olan "Viktoriya" klubuna transfer olundu. O, "Viktoriya"nın "Budeyoviçe" ilə yoxlama matçının iştirakçısı oldu və bu onun üçün debüt matç kimi yadda qaldı. Hətta, komandasının 7:1 hesabıyla qalib gəldiyi qarşılaşmada 32 dəqiqə meydanda olan Nəbiyev het-trikə imza atıb.[10]

Karyera statistikası

Klub

10 iyun 2019 tarixində yenilənib[3][11]
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2Ümumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Qəbələ2016–17Premyer Liqa1010000020
Slaviya Praqa U-212017–18Gənclər Liqası103000000103
Şevardeni-19062018Milli Çempionat6200000062
Slaviya Praqa U-212018–19Gənclər Liqası25190000002115
Ümumi karyera42241000003920

1UEFA Çempionlar Liqası görüşləri daxildir.

2Azərbaycan Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər