Ettore Bastianini

Ettore Bastianini — İtalyan opera müğənnisi.

Ettore Bastianini
it. Ettore Bastianini
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeriİtaliya İtaliya, Siena
Vəfat tarixi (44 yaşında)
Vəfat yeriSirmione
Vəfat səbəbiqırtlaq xərçəngi[d]
Vətəndaşlığı
Milliyyətiİtaliya İtaliya
Musiqiçi məlumatları
FəaliyyətiOpera ifaçısı
Fəaliyyət illəri1940-1967
JanrKlassik
Səs tembriBariton (dramatik)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ettore Bastianini 24 sentyabr 1922-ci ildə Via Paolo Mascagni (indiki Via di Stalloreggi) ərazisində anadan olmuşdur. Uşaq yaşlarından məzlumluqla böyümüş və atasını görməmişdir. Uşaqlıq illərində o, Gaetano Vanni adlı aşpazın yanında köməkçi kimi işləyirdi. Ettorenin səsini kəşf edən aşpaz Gaetano ona Siena kilsəsindəki xorda çıxış etməyə kömək edir. 1937-ci ildən xorda çıxış edən Ettore 1939-cu ildə musiqiçi ailəsi olan Fathima və Anselmo Ammanatidən vokal dərsləri almağa başlayır. İlk dəfə olaraq 1940-cı ildə bir sıra konsertlərdə çıxışlar edir.