Erzyan dili

Erzyan dili (э́рзянь кель) — fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili. Mokşan, rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biri.

Erzyan dili
Orijinal adıэрзянь кель
ÖlkəRusiya
RegionlarMordoviya, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Penza vilayəti, Nijeqorod vilayəti, Ulyanovsk vilayəti, Orenburq vilayəti, Saratov vilayəti.
Rəsmi status Mordoviya
Tənzimləyən təşkilat96 860 nəf, o cümlədən Rusiyada 57 000 nəfər. [1] (2010-cu il siyahıya alınmaya qədər)
Danışanların ümumi sayı
  • 96.860 nəf. (2010)[1]
  • 36.700 nəf. (2010)[1]
Təsnifatı
KateqoriyaAvrasiya dilləri

Ural dilləri

Fin-Perm dilləri
Fin-Volqa dilləri
Yazıkiril əlifbası
Dil kodları
QOST 7.75–97erz 835
ISO 639-1
ISO 639-2myv
ISO 639-3erz
Dilin strukturlarının dünya atlasımoe
Atlas of the World’s Languages in Danger350
Ethnologuemyv
Linguasphere41-AAD-aa
ELCat3207
IETFmyv
Glottologerzy1239
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sayı

Siyahıyaalma zamanı Mordoviya sakinləri ana dili kimi mordov dilini göstərərək onu mokşan və erzyan dillərinə bölmürlər. Ona görə də təxmini olaraq erzyanların sayının 517 575 nəfər, o cümlədən Rusiyada 440 000 nəfər olduğunu güman edirlər.[2]

Rusiya Statistika Komitəsinin məlumatına görə [3] özünü mordva kimi 843,35 min nəfər adlandırırlar (o cümlədən mokşa — 49,6 min nəfər, erzyan — 84,4 min nəfər ).Erzyan dili yox olma həddində olan dillərin siyahısında [4] və ya yox olma həddinə yaxın siyahılarda qeyd edilir[5].

Bu dildə danışanların yayıldığı ərazi

Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digəriləri isə keçmiş SSRİ ərazisində yaşayırlar.

İki dillilik

Erzyan dilini bilənlərin böyük mütləqiyyəti iki dillidirlər. İki dillilərin ümumi sayı 696 369 nəfərdir. Onlardan — 306 109 nəfəri kişi, 389 982 nəfəri isə qadındır. Erzyan dildə danışanların 69 % erzyan dilini öz ana dili, 30,8 % isə rus dilini ana dili hesab edir.

Funsional statusu

Mordoviya Respublikası Milli Siyasət Komitəsi sənədinin rəsmi forması

Erzyan dili Mordoviya Respublikasının rəsmi dilidir.

  • Mediada istifadəsi:
    • radio yayım: Sarans şəhərindəki radiostansiya Mordoviyanın Milli stansiyasıdır. Efirdə yayımlanan verilişlərin 14,3 % эmoşkan və erzyan dillərində yayımlanır.
    • telekanallar: Rusiyanın iki kanalı gündə iki saat, həftədə dörd gün olmaqla efir vaxtının 7 %-ni erzyan dilində yayımlayır;
    • qəzetlər: «Erzyan pravda» Mordoviya Respublikası və Moldova Respublikasının Dövlət Məclisinin rəsmi mətbu orqanıdır; «Erzyan Mastor» — Erzyan dilinin Xilası Fondu tərəfindən təsis edilib; Ulyanovsk vilayətində aylıq qəzet olan «Yalqat» («Dostlar») buraxılır, erzyan dilində olan materiallar dərc olunan qəzetin təsisçisi Ulyanovsk vilayətinin hökumətidir;
    • jurnal: «Syatko» («Qığılcım») — Mordoviya Respublikası hökuməti tərəfindən nəşr olunan ədəbi və siyasi jurnal; həmcinin Saranskda uşaqlar və gənclər üçün aylıq illüstrasiyalı «Çilisema» («Qürub») jurnalı dərc etdilir.
  • Dilin Regional Hökumətlərdə istifadəsi:
    • yalnız qanunların mətnlərində, özüdə məhdud şəkildə.

Mənbə

İstinadlar