Erməni hipotezi

Erməni hipoteziproto-hind-avropa xalqının birinci vətəninin "Şərqi Anadolu, Şimali Mesopotamiya və Qafqazın cənub hissələri" olduğunu və proto-Hind-Avropa dilinin (PHA) təxminən eramızdan əvvəl V-IV minillikdə bu regionlarda danışıldığını göstərən bir hipotez.[1] Bu hipotez 1985-ci ildə gürcü Tamaz Qamkrelidzerus filoloqu Vyaçeslav İvanov tərəfindən irəli sürülmüşdür. Termindəki "erməni" adı bir toponimə, yəni Ermənistan yaylasına aiddir.[2]

Kurqan fərziyyəsi proto-hind-avropalıların mənşəyini və vətənlərini izah etmək üçün ümumi qəbul edilmiş fərziyyə olsa da, yeni DNT tədqiqatları bu xalqların mənşəyini Qafqaz regionuna bağlayan fərziyyələrə marağı artırmışdır.[3][4][5][6][7][8] Fərziyyəyə görə, proto-Anadolu dilləri eramızdan əvvəl 4000-ci ildə PHA-nı tərk edərək Anadoluya köç etmiş və sonrakı mərhələlərdə yunan-erməni-hind-iranlılar, kelt-italik-toharlar və balt-slav-germanlar adlı üç fərqli Hind-Avropa dillərinin Avrasiyada yayılmasına şərait yaratmışdırlar.[9]

İstinadlar