Erik Saade

Eric Saadelivan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir.

Eric Saade
isv. Eric Khaled Saade
ərəb. إريك خالد سعادة
Erik Saade 2011
Erik Saade 2011
Ümumi məlumatlar
Doğum adıEric Xalid Saade
Doğum tarixi (33 yaş)
Doğum yeriHelsinburq, İsveç
Vətəndaşlığı
MilliyyətiLivan Livan
İsveç İsveç
Musiqiçi məlumatları
FəaliyyətiMüğənni, aparıcı
Fəaliyyət illəri2008-ci ildən
JanrPop
Səs tembribariton
ericsaade.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri

Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı. 15 nəfər arasından seçilən Eric tezliklə "What's Up!" adlı qrupa daxil olur. 2008-ci ildə bu qrupun "Pose" adlı albomu işıq üzü görür. Albomdan iki sinql çıxır. Bundan başqa qrup Disney kanalı ilə birgə layihələrdə çalışır. 2009-cu ildə Eric qrupu tərk edir və solo karyeraya başlayır.

Solo karyeraya başladıqdan sonra Eric ölkəsini 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün "Melodifestivalen 2010"-a qoşulur. Erik final mərhələsində "Manboy" mahnısını ifa edir amma üçüncü yeri tutur. Həmin il İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində Anna Bergendal təmsil edir. 2011-ci ildə isə Eric ikinci dəfə "Melodifestivalen 2011"-ə qoşulur və birinci yeri tutaraq İsveçi 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanır. 2011-ci ilin may ayında Eric Saade "Popular" mahnısı ilə İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edir. İlk yarımfinalda 155 balla birinci olan Eric finala çıxır. Finalda 7-ci çıxış edən Eric 185 balla Ell & Nikki və Rafael Qualazzidən sonra 3-üncü yerə sahib olur. Bu nəticə İsveçin Eurovisionda 1999-cu ildən sonra ən yaxşı nəticəsidir.

Mükafatları

İlMükafatKateqoriyaİşNəticə
2010Scandipop Awards"Brightest New Hope for 2010"Erik SaadeQazandı
Marcel Bezençon Awards (Melodifestivalen)"Artistic Award"ManboyQazandı
2011Scandipop Awards"Best Male"Erik SaadeQazandı
"Best New Artist"Namizəd
"Best Male Album"MasqueradeNamizəd
"Best Album from a New Artist"Qazandı
"Best Male Single"It's Gonna RainNamizəd
ManboyNamizəd
"Best Single from a New Artist"Namizəd
It's Gonna RainNamizəd
Marcel Bezençon Awards (Melodifestivalen)"Press Award"PopularQazandı
ESC Radio Awards"Best Song"Qazandı
"Best Male Artist"Erik SaadeQazandı

Albomlar

AlbomMəlumatÇartlarda vəziyyət
SWE
Masquerade
  • Reliz: 19 May 2010
  • Label: Roxy Recordings
  • Format: CD
2
Saade Vol. 1
  • Reliz: 29 June 2011
  • Label: Roxy Recordings
  • Format: CD
Saade Vol. 2

Mənbə