Erik Barone

Erik Barone və ya digər adı ilə ConcernedApe (3 dekabr 1987, Los-Anceles, Kaliforniya[1]) — amerikalı videooyun istehsalçısı, dizayner, rəssam, bəstəkar və musiqiçi. O, yaradıcısı olduğu "Stardew Valley" oyununa görə tanınır.[2]

Erik Barone
ing. Eric Barone
Doğum tarixi3 dekabr 1987(1987-12-03) (36 yaş)
Doğum yeri
Fəaliyyətivideo oyun tərtibatçısı[d], dizayner, bəstəkar, musiqiçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barone Los-Ancelesdə doğulub və Vaşinqton ştatının Obern şəhərində böyüyüb.[3] O, məktəbi başa vurduqdan sonra Vaşinqton Tacoma Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıb və 2011-ci ildə oranı bitirib. O, iş tapa bilməmiş və işə götürülmə şansını artırmaq üçün 2012-ci ildə "Stardew Valley" oyununu hazırlamağa qərar vermişdir. Barone oyun 2016-cı ildə buraxılana qədər hər gün onun üzərində tək başına işləmişdir.[4]

Barone 2020-ci ildə bir neçə yeni oyun üzərində işlədiyini elan etdi. Oyunlardan biri "Haunted Chocolatier" adlanır, bu oyunun buraxılış tarixi hələ ki, məlum deyil.

İstinadlar