Emil Həsənov

Emil Eldəniz oğlu Həsənov (2 mart 1999; Tatarlı, Goranboy rayonu, Azərbaycan22 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Emil Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTatarlı, Goranboy rayonu, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriTalış, Tərtər rayonu, Azərbaycan
Dəfn yeriGoranboy rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıEldəniz Həsənov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Vəzifəsiatıcı
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

Həyatı

Emil Həsənov 2 mart 1999-cu ildə Goranboy rayonunun Tatarlı kəndində anadan olmuşdur.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Emil Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emil Həsənov 22 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Goranboy rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əflatun Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Emil Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar