Elxan Ramazanov

Elxan Ramazan oğlu Ramazanov (25 yanvar 2000, Danaçı, Zaqatala rayonu22 oktyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Elxan Ramazanov
Şəxsi məlumatlar
Doğum tarixi25 yanvar 2000(2000-01-25)
Doğum yeri
Vəfat tarixi22 oktyabr 2020(2020-10-22) (20 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019—2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı

Həyatı

Elxan Ramazanov 2000-ci il yanvarın 25-də Zaqatala rayonunun Danaçı kəndində anadan olub.[1]

2007-2016-ci illərdə Danaçı kənd tam orta məktəbində, 2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Elxan Ramazanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elxan Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı SuqovuşanAğdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

Elxan Ramazanov oktyabrın 18-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Bakı şəhərində yerləşən hərbi hospitalda komada olub. Dörd dəfə əməliyyat olunmasına baxmayaraq oktyabrın 22-də şəhid olub. Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Ramazanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar