Elxan Cəfərov

Elxan Pərviz oğlu Cəfərov (29 aprel 1967, Bakı) — Azərbaycan kino aktyoru və rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016).[1]

Elxan Cəfərov
Elxan Pərviz oğlu Cəfərov
Doğum tarixi29 aprel 1967(1967-04-29) (57 yaş)
Doğum yeri
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşıGülzar Qurbanova
AnasıMailə Muradxanlı
Fəaliyyətiaktyor
rejissor
Fəaliyyət illəri1977-indiyədək
Mükafatları"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2016
IMDbID0246094

Həyatı

Elxan Pərviz oğlu Cəfərov 29 aprel 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Ssenarist Mailə Muradxanlının oğlu, aktrisa Gülzar Qurbanova həyat yoldaşıdır.

Fəaliyyəti

Elxan Cəfərov hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A. Dovjenko adına kinostudiyanın “Hazır ol, əlahəzrət” (1977) filmində şahzadə rolu da var. Hazırda rejissordur, klip və filmlər çəkir.

Ad və mükafat

  • "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)[2][3]
  • Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il)[4]

Filmoqrafiya

Aktyor kimi

  1. Sevinc buxtası (film, 1977) (tammetrajlı bədii film) (rol: Atamoğlan)
  2. Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: Rüstəm)
  3. Bağçada rahat yer (film, 1978) (qısametrajlı bədii film) (rol: Fazil)
  4. Mən mahnı qoşuram (film, 1979) (tammetrajlı bədii film) (rol: Nadir)
  5. Qəribə adam (film, 1979) (tammetrajlı bədii film) (rol: uşaq)
  6. Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Adil)
  7. Təxribat (film, 1989) (tammetrajlı bədii film) (rol: Zaur)
  8. Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) (rol: Ayaz)
  9. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film) (rol: Zaur)
  10. Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film) (rol: qadının əri)

Rejissor kimi

  1. Məhbus (film, 1995) (qısametrajlı bədii televiziya filmi)
  2. Əlvida (film, 2007) (tammetrajlı bədii film)
  3. Qarabağdır Azərbaycan (film, 2009) (sənədli-bədii film)[5]
  4. Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film)
  5. Dolu (film, 2012) (tammetrajlı bədii film)
  6. Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film)
  7. Cümhuriyyətin 9 şəkli (film, 2018)

Ssenari müəllifi kimi

  1. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film)

Filmi səsləndirən kimi

  1. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) (səs: Basat)
  2. Əbədi ezamiyyət (film, 2016) (sənədli film)

İstinadlar