Elməddin Vəkilov

Elməddin Nizami oğlu Vəkilov (21 avqust 1988; Yuxarı Axtala, Qərbi Azərbaycan27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Elməddin Vəkilov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriYuxarı Axtala, Qərbi Azərbaycan
Vəfat tarixi (32 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriDaşkəsən, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Baş əsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Elməddin Vəkilov 1988-cu il avqustun 21-də Yuxarı Axtaladə anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Hal-hazırda onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Elməddin Vəkilovun nəşi 7 may 2021-ci ildə tapılıb[2]8 may tarixində Daşkəsəndə dəfn olunub.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəkilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar

Xarici keçidlər