Eliot Vassamillet

Eliot Vassamillet (d. 29 dekabr 2000, Mons, Belçika) və ya sadəcə Eliot — Belçikalı müğənni. O, "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir[2][3]. Eliotun Avroviziya səhnəsində ifa etdiyi mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil etmiş Blanşın ifa etdiyi "City Lights" mahnısının bəstəkarı Pyerr Dumulin tərəfindən bəstələnmişdir.

Eliot Vassamillet
Eliot Vassamillet
Eliot Vassamillet
Ümumi məlumatlar
Doğum adıEliot Vassamillet
LəqəbiEliot
Doğum tarixi (23 yaş)
Doğum yeriMons, Belçika[1][2]
Vətəndaşlığı Belçika
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni
Fəaliyyət illəri2018–h.h.
Janr
Musiqi alətivokal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Eliot Vassamillet 29 dekabr 2000-ci ildə Belçikanın Mons şəhərində anadan olmuşdur. Eliot 17 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir.

Musiqi karyerası

2018: The Voice Belgique

2018-ci ilin yanvar ayında Eliot Belçikanın The Voice səs yarışmasının yeddinci mövsümündə dinləmələrdə iştirak etmişdir. İlkin dinləmədə Kodaline qrupunun "High Hopes" mahnısını ifa edən gənc Eliot Sliman Nebşinin komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır. Yarışmanın iştirakını uğurla davam edən Eliot on birinci hissədə münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır[2][3].

2019: Avroviziya Mahnı Müsabiqəsi

2019-cu ilin yanvar ayında Belçikanın RTBF telekanalı Eliotun Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır[3]. Onun Avroviziya səhnəsində ifa edəcəyi mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikaya dördüncü yeri qazandıran bəstəkar Pyerr Dumulin tərəfindən yazılmışdır. Müsabiqədə Eliot yarımfinal mərhələsində 70 xal toplayaraq 13-cü yerdə qərarlaşmış və nəticədə finala yüksələ bilməmişdir.

İstinadlar

Əvvəlki:
Sennek
"A Matter of Time"
Belçika Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:
Hooverphonic

Xarici keçidlər