Eldar Zeynalov (heykəltaraş)

Heykəltəraş

Eldar Heydər oğlu Zeynalov (22 avqust 1937, Bakı13 yanvar 2001, Bakı, Azərbaycan) — heykəltaraş,[1] Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978),[2] Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992),[3] "Humay" mükafatı laureatı (2001).

Eldar Zeynalov
Eldar Heydər oğlu Zeynalov
Doğum tarixi22 avqust 1937(1937-08-22)
Doğum yeri
Vəfat tarixi13 yanvar 2001(2001-01-13) (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyətiazərbaycanlı
Fəaliyyətiheykəltaraşlıq
Təhsili
  • Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyası[d]
MükafatlarıAzərbaycan SSR Dövlət mükafatı "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı "Humay" mükafatı

Həyatı

Eldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə V. İ. Muxina adına Leninqrad Ali Bədii-sənaye Məktəbini (indiki Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası) bitirmişdir.[mənbə göstərin]

Fəaliyyəti

Eldar Zeynalov heykəltaraş Telman Zeynalovla birgə bir sıra əsərlərə həmmüəlliflik edib:

Abidələr

  • Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument (Lənkəran, 1976)[2]
  • Ulyanovsk şəhərinin "Xalqlar dostluğu" parkında "Azərbaycan tarixindən səhifələr" daş abidəsi (Ulyanovsk, 1976)
  • Ş. Ələsgərovanın xatirəsinə tuncdan memorial lövhə (1980)
  • Üzeyir Hacıbəyovun ev muzeyi üçün xatirəsinə tuncdan memorial lövhə (Bakı, 1985)
  • Tuncdan hazırlanmış "Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı (Bakı, 1987)[4]
  • Tunc-qranitdən hazırlanmış Nizami Gəncəvi abidəsi (Moskva, 1991)[5][6]
  • Tuncdan hazırlanmış "Şəhidin xatirəsinə" abidəsi (Xürrəmşəhr, 1992)
  • Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları (Bakı)

Eksponatlar

  • "Bulaqda çimən Şirin" relyef-miniatürü (Bakı, 1992)
  • Tuncdan hazırlanmış "İsgəndər Nüşabənin sarayında" relyef-miniatürü (Bakı, 1992)

Medallar

  • "Səməd Vurğun" yubiley medalı (1975)[7]
  • "Üzeyir Hacıbəyov" yubiley medalı (1985)[7]
  • “Sabir” yubiley medalı (1985)[7]
  • “Nizami” yubiley medalı (1991)[7]
  • "Səttar Bəhlulzadə" yubiley medalı (1992)[7]

Mükafatları və fəxri adları

İstinadlar