Ehtiram Heydərov
Ehtiram Şahin oğlu Heydərov (5 mart 2000; Uzunoba, Xaçmaz, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ehtiram Heydərov | |
---|---|
Ehtiram Şahin oğlu Heydərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Uzunoba, Xaçmaz, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Xaçmaz |
Vətəndaşlığı | ![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | ![]() |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | ![]() ![]() |
Həyatı
Ehtiram Heydərov 2000-ci il martın 5-də Xaçmaz rayonu Uzunoba kəndində anadan olub.[2]
Hərbi xidmətləri
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Musa Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. 4 oktyabr Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkər edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Xaçmazda dəfn olunub.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ehtiram Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[6]
(24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[5]