Duxlata

Duxlata (bolq. Духлата) — Bolqarıstanın qərbində mağara. Mağara ölkənin Vitoşa dağlıq karst əyalətində yerləşir[1]. Mağaranın yerləşdiyi ərazi orta trias dövrünn dolomitlənlətin təşkil olunub. Duxlata uzunluğuna görə ölkənin ikinci ən uzun mağarası hesab olunur―18 200 m. 1962-ci ildən mağara Bolqarıstanın milli abidəsi elan edilib.

Duxlata
bolq. Духлата
Ümumi məlumatlar
Dərinliyi53 m
Uzunluğu18 200 m
Giriş sayı1
Ziyarətçilər üçün əlçatılan0
Yerləşməsi
42°29′41″ şm. e. 23°11′46″ ş. u.
Ölkə Bolqarıstan
Duxlata xəritədə
Duxlata
Duxlata
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Mağara Struma çayının cənub-qərbində, Bosnek kəndinin şimal-qərbində yerləşir. Mağaraya giriş Bosnek və Çuypetlovo mənətəqələri arasında yerləşir. Bir girişi var. Mağaranın dərinliyi 53 metrdir. Bir girişi var. Uzunluğu 18 km olan mağara ölkənin inki ən uzun mağarası hesab olunur. Mağara Strum çayınının fəaliyyəti nətcəsində formalışıb. Duxlata ölkənin ən mürəkkəb mağaralarından birdir. Mağara yetərincə öyrənilib və xəritələşib. Mağara daxilində mürrəkkəb labirint mövcuddur və bir neçə çay mövcuddur[2]. Mağara öz adını daxildən gələn səsə verilən addan götürüb (bolq. духам — «fit»). Mağara daxilində şəlalələr, göllər, bir çox tunellər var. Ümumi mərtəbələrin sayı altıdır.

Mağara daxilində 22 növ canlı qeydə alınıb. Əsasən xərçəngkimilər üstünlük təçkil edir (Copepoda). Bunlardan iki növü ali xərçəngkimilərin yanüzənlər dəstəsinə daxildir. Bir növ isə Syncaridaya aiddir. Mağarada həmşinin Akariform gənələrinə də rast gəlinir. Yalançı əqrəblərəNeobisium kwartirnikovi də qeydə alınıb. Bölgədə olan otuz növ yarasaların mağarada altı növünə də rast gəlinib.

Mağaraya antropogen təsirə görə giriş qadağan edilib. Əraziyə ancaq Vitoşa Milli Parkının icazə ilə ancaq tədqiqatçilar və speloloqlar daxil ola bilər.[3]

Xarici keçidlər

  • "The Caves in Bulgaria. Duhlata Cave" (Bulgarian). İstifadə tarixi: 16 February 2016.
  • "Duhlata Cave". Get to know Bulgaria (Bulgarian). İstifadə tarixi: 16 February 2016.

İstianadlar