Dulqədir əyaləti (Osmanlı)

Dulqədir əyaləti (osman. ایالت ذو القادریه / دولقادر) və ya Maraş əyaləti (türk. Maraş Eyaleti) — Osmanlı imperiyasının əyaləti. XIX əsrdə əyalətin ərazisi 77,352 kvadrat mil (200,340 km2) təşkil edirdi.[1]

Dulqədir əyaləti

37°35′ şm. e. 36°56′ ş. u.


Ölkə
İnzibati mərkəzQəhrəmanmaraş
Tarixi və coğrafiyası
Yaradılıb1522
Ləğv edilib1864
Dulqədir əyaləti xəritədə

Tarix

Dulqədiroğulları bəyliyi 1521-ci ilə qədər müstəqil qalmağı bacaran və 1530-cu ilə qədər imperiyanın tərkibinə tam şəkildə daxil olmayan və Osmanlılara ən boyun əyən sonuncu Anadolu bəyliyi idi.[2] Əyalət 1522-ci ildə yaradılmışdır.[3] Sonradan 1864-cü ildə ləğv edilərək HələbDiyarbəkir əyalətləri ilə birləşdirildi.

Əyalətin inzibati bölgüsü

Maraş əyaləti 1700–1740-cı illərdə dörd sancaqdan ibarət idi:

  1. Maraş Sancağı (Paşa sancağı, Qəhrəmanmaraş)
  2. Malatya Sancağı (Malatya)
  3. Ayntab sancağı (Ayintab sancağı, Qaziantep)
  4. Qarsı Maraş sancağı (Qədirli)

1831[4]

  • Maraş livası (Paşa sancağı)
  • Malatya livası
  • Samsat livası
  • Gərgər livasi

Həmçinin bax

İstinadlar