Duha dili

Duha diliMonqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri[2] olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi[3]. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir[1].

Duha dili
Orijinal adıтyъha тыл
ÖlkələrMonqolustan Monqolustan
Danışanların ümumi sayı500[1]
Təsnifatı
KateqoriyaAvrasiya dilləri

Türk dilləri

Sibir dilləri
Sayan qrupu
Dil kodları
Atlas of the World’s Languages in Danger720
LINGUIST List1hv
ELCat3196
Glottologdukh1234

Mənsubluğu

Dilin daşıyıcılarının yayıldıqları ərazi

Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur[2].

Sözləri

Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair[2].

Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min"[2].

Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb.

Yox olma təhlükəsi

XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir. Bunun da əsas səbəbi duhalı uşaqların monqol məktəblərində və monqol dilində tədris almasıdır. Demək olar ki, hazırda uşaqlar və gənc nəsil duha dilini bilmir. Duhalar yeni nəsillərin duha dili bilməməklərini məktəbdə monqol dilində təhsil almaqları ilə əsaslandırırlar[2].

Duha dilində indi yalnız yaşlı adamlar öz aralarında danışırlar və bu da yaşlı nəsil dünyanı tərk etdikdən sonra bu dili də öləcəyi ehtimalını və təhlükəsini yaradır. Ona görə də duha dili YUNESKO-nun yayımladığı təhlükə altında olan dillər atlasında "ciddi şəkildə təhlükə altında olan dil" kimi göstərilmişdir[4].

İnanc sisteminə təsiri

Duhalar şamanizmə tapınırlar[2]. Duha mədəniyyətində şamanizm duha dili ilə sıx surətdə bağlıdır. Duha şamanları ruhlarla duha dilində danışırlar. Onlar belə hesab edirlər ki, çağırdıqlar qüvvələr, ruhlar başqa dilləri bilmirlər. Ona görə də yeni nəsil duha dilini bilmədiyi üçün şamanlıq edə, ruhlarla anlaşa bilməzlər. Həm də hesab olunur ki, gənc nəsil dili bilmədikcə, öyrənmədikcə ayinlərdə deyilən dualar, xüsusi sözlər də işlədilmədiyi üçün unudulacaq[2].

Həmçinin bax

İstinadlar