Drakulanın ölümü (film, 1921)

"Drakula" və ya "Drakulanın ölümü" (mac. Drakula halála) — 1921-ci ildə istehsal olunmuş qısametrajlı Macarıstan filmidir. Film macar rejissoru Karol Laythay tərəfindən çəkilmişdir. Film janrına görə qorxu filmləri siyahısına daxildir. Film irland yazıçısı Brem Stoker tərəfindən yazılmış və orijinal adı "Drakula" olan romanın[2] uyğunlaşdırması deyildir. Mövzu olaraq, Transilvaniyalı Qraf Drakula haqqında məlumatları əhatə edir. Filmdə bir qadının Drakula ilə başından keçən ürküdücü hadisələr izah edilməkdədir. Film "İtirilmiş filmlər" siyahısına daxildir. Dünyada Rusiyada 1920-ci ildə "Qraf Drakula" haqqında çəkilən "Drakula" filmindən sonra bu mövzuda ikinci filmdir. "Drakula" filmin çıxışı ilk dəfə 1921-ci ildə Macarıstanda baş tutmuşdur. Amma bu filmdən əvvəl "Qraf Drakula" haqqında ilk film 1920-ci ildə Rusiyada çəkilmişdir.[3] "Drakulanın ölümü" filmində Qraf Drakula rolunda Paul Askonas, Meri Lend rolunda isə Marqit Lyuks çıxış etmişdir. Bir sıra mənbə Meri Lend rolunda serb aktrisası Lena Milin oynadığını göstərir. Lakin saxlanılmış kadrlardan görünür ki, Meri Lend rolunda yalnız Marqit Lyuks vardır. 1924-cü ildə "Drakulanın ölümü" filminin əsasında Layoş Pançell povest hazırlamışdır. Məhz bu povestə görə filmin orijinal ssenarisini təsəvvür etmək mümkündür.[4][5]

Drakulanın ölümü
mac. Drakula halála
JanrQorxu filmi
RejissorKarol Laythay
Ssenari müəllifləriKarol Laythay
Kertes Kaminer Mihay
OperatorEduard Hoesch
İlk baxış tarixifevral 1921[1]
Filmin növüTriller filmi
Müddət65 dəq.
ÖlkələrMacarıstan Macarıstan
Avstriya Avstriya
Fransa Fransa
DilSəssiz film
İl1921
RəngAğ-qara
IMDbID0240464
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Filmdən kadr

Çox böyük otaqlar, qara koridorun ayağı altındadır; demək olar ki, sonzuz uzunluqda olaraq. Və Drakula qəribə həyat tərzi yaşayır. Axşamdır. Siçan fəsiləsinə mənsub olan bütün heyvanlar gəzir, səssizliyi pozur. Mərkəzi otağın qapısı açılır. Gözəl qadınlar qabaqdakı otaqdan gəlirlər və onların üzərlərində nağıllarda olan paltarları vardır. Bu gözəl xanımlar Drakulanın arvadlarıdır. Amma Drakula özünə yeni sevgili axtarır; hansı ki, həmin qadın dünyada ən gözəl və ən möhtəşəm qadın olmalı, hətta o gələndə, güllərin yağışı altında gəlməlidir...

Bütün hadisələr Venada Alpiy kəndində yerləşən psixiatrik xəstəxanada baş verir. Burada uydurulmuş Drakulanın qəsri yerləşir. Cavan xanım Meri Lend xəstəlik səbəbindən psixiatrik xəstəxanaya düşür. Meri psixiatrik xəstəxanasından çıxdıqdan sonra gecələr yuxusunda qəribə qarabasmalar görür. Məhbuslardan biri deyir ki, Qraf Drakula və o, həqiqi və ya həqiqi həyata uyğun olmayan qarabasmalar görürlər. Bu səbəbdən onların bir-biri ilə möhkəm əlaqəsi vardır. Bir gün isə Meri yuxusunda Drakulanın ona gəlinlik paltarı gətirdiyini görür. Meri dəhşət içində yuxudan ayılır. Filmin sonuna yaxın Drakula Merini öpmək istəyir. Lakin Meri: Qaç!...Qaç!... deyə qışqırır. Drakula Merinin sözlərindən qorxaraq ondan imtina edir. Amma sonra yenidən psixiatrik xəstəxanaya qayıdır.

Filmin sonunda isə Drakula qorxudan qaçmağa başlayır və yox olur. Bir müddət keçdikdən sonra Meri cəsur qəhrəman ilə ailə həyatı qurur.[6][7][8][9]

Rollarda

Paul Askonas
AdOrijinal adRolOrijinal rol
Paul AskonasPaul AskonasQraf Drakulaing. Cont Dracula
Carl GoetzKarl QoetzGülməli adaming. Funnyman
Károly HatvaniKaroli Hatvani
Anna Marie HegenerAnna Mari Heqener
Aladár IhászAladar İhaszGülməli adamın köməkçisiing. The funnyman's assistant
Paula KendePaula Kende
Dezsö KertészDezsö KerteszCorcing. George
Margit LuxMarqit LüksMeriing. Mary
Lene MylLene MilMeri Lending. Mary Land
Oszkár PerczelOskar Perszel
Lajos RétheyLayoş RetliSaxta Həkiming. The fake-doctor
Magda SonjaMaqda Sonya
Lajos SzalkaiLayoş Szalkai
Elemér ThuryElemer TuriHəkiming. Doctor
Béla TímárBela Timar

Hazırlanma

Ərəfə

"Drakulanın ölümü" filmi müvafiq dövrün başqa filmləri kimi səssiz çəkilib. Rusiyada 1920-ci ildə, Macarıstanda isə 1921-ci ildə çəkilən "Drakula" filmləri "İtirilmiş filmlər" siyahısına daxildirlər. Lakin filmdən hələ də bir neçə kadr qorunub saxlanılmışdır. Karol Laythayın istinadına görə ilk dəfə filmin ssenarisi onun tərəfindən 1920-ci ildə yazılmışdır. Həm də bu film Karol Laythayın sonuncu çəkdiyi filmdir. Bundan başqa film Brem Stokerin "Drakula" romanından fərqlənir. Müasir film teoritiki və jurnalisti Panszel Lui (mac. Pánczél Lui) "Drakulanın ölümü" filmi haqqında yazır:

"Fantastik bədii film var. Həmçinin, 1924-cü ildə Timişoaroda var idi. Film, yəqin ki, Brem Stokerin "Drakula" romanının orjinal variantda yazılmış variantının dəyişdirilmiş formasıdır."[10]

Qraf Drakula personajı irland yazıçısı Brem Stokerin 1897-ci ildə yazdığı Drakula əsərində peyda olmuşdur. "Drakulanın ölümü" filmi orijinal əsərdən yalnız bir əlamətlərinə görə fərqlənir. Əsərin ilk ekranizasiyası 1920-ci ildə Rusiyada reallaşdırılmışdır. Filmdə iştirak edən iştirakçılar Ukraynadan dəvət olunmuşlar. Lakin bu ekranizasiya itirilmişdir. Bu filmdən 1 il sonra Macarıstanda 1921-ci ildə "Drakulanın ölümü" filmi çəkilir. Bu filmin itirilmiş filmlərin siyahısına daxil olmasına baxmayaraq filmdən bir neçə kadr hələ də saxlanılmışdır.[11]

Filmin çəkilişi

Almaniyada F.V.Murnau tərəfindən 1923-cü ildə çəkilən Nosferatu: Qorxunun simfoniyası filmi "Drakula" əsərinin ilk ekranlaşdırılmış nümunəsi kimi xatırlanırdı. Film icazəsiz olaraq çəkilmişdir. Amma yaxın zamanlarda macar kino arxivlərindən məlum olmuşdur ki, "Nosferatu: Qorxunun simfoniyası" filmindən əvvəl "Drakulanın ölümü" filmi vardır. Hal-hazırda isə məlum olmuşdur ki, "Drakula" əsərinin ilk nümunəsi Rusiyada 1920-ci ildə çəkilmiş və indi "İtirilmiş filmlər" siyahısına daxildir. Kino arxivinə nəzər yetirildikdə, bu filmin hələ də mövcud olması ehtimal edilir.[12] "Drakulanın ölümü" filminin çəkilişinə Macarıstan, AvstriyaFransa ölkələrinə məxsus film studiyaları rəhbərlik etmişdir. Filmin rejissoru macar əsilli Karoli Laythaydır. "Drakula" personajını isə Avstriya əsilli aktyor Paul Askonas canlandırmışdır. Avstriyanın Vyana şəhərində 1921-ci ildə filmin nümayişi zamanı baş rolun serb əsilli aktrisa Lene Milin canlandırıldığı göstərilir. Amma 1923-cü ildə filmin Macarıstanın paytaxtı Budapeştdə nümayişi zamanı baş rolu Marqit Lüksun ifa etdiyi yazılır. Filmin saxlanılmış kadrlarında baş rolu Marqit Lüksun canlandırdığı məlum olur. Çox güman ki, filmin rejissoru Karol Laythay filmin yeni qısaldılmış variantını çəkmiş və baş rol üçün Marqit Lüksu dəvət etmişdir. Filmin ssenarisində Karol Laythay ilə birlikdə yəhudi əsilli macar rejissoru Kertes Kaminer Mihay (mac. Kertész Kaminer Mihály) çalışmışdır. Bir müddət sonra Kaminer ABŞ-yə getmiş və "Maykl Körtis" ləqəbi ilə bir sıra filmlərə rejissorluq etmişdir. Kaminer 1942-ci ildə çəkdiyi "Kasablanka" filmində "Ən yaxşı rejissor kateqoriyasına görə" Oskar mükafatına layiq görülmüşdür. Həmçinin, Kaminer 1912-ci ildə macar dilində ilk qısametrajlı filmə rəhbərlik etmişdir.

Filmin çıxış tarixi və digər adı

"Drakulanın ölümü" filmindən bir kadr
ÖlkəÇıxış iliAdı
ABŞRəsmi çıxış tarixi yoxdurDracula's Death
AlmaniyaMart 1922Dracula's Death
AvstriyaFevral 1921Drakulanın ölümü
Birləşmiş KrallıqRəsmi çıxış tarixi yoxdurDracula's Death
Macarıstan14 aprel 1921Drakula halála
RusiyaRəsmi çıxış tarixi yoxdurСмерть Дракулы
TürkiyəRəsmi çıxış tarixi yoxdurDrakula'nın Ölümü
BelarusRəsmi çıxış tarixi yoxdurСьмерць Дракулы

Ədəbiyyat

  • Clive Leatherdale (1985) Dracula: the Novel and the Legend. Desert Island Books.  (ing.)
  • Bram Stoker (1897) Dracula. Norton Critical Edition (1997) edited by Nina Auerbach and David J. Skal.  (ing.)
  • Melton Q. C. Vampirlərin ensiklopediyası. — 1998. — ISBN 5-222-00405-8

İstinadlar

Xarici keçidlər