Drakula (teleserial, 2013)

Drakula — 2013-cü ildə Sky Living və NBC telekanallarında yayımlanması gözlənilən Britaniya-ABŞ birgə istehsalı olan limitli serialdır.[2] Serialın premyerası 25 oktyabr 2013-cü il tarixdə, Qrimm serialının yeni seriyasının yayımlanmasından sonra, NBC telekanalında həyata keçiriləcək.[1] Serial Brem Stokerin məşhur Drakula romanının mövzu və obrazları əsasında Kol Heddon tərəfindən yaradılır.[3] HBO telekanalında yayımlanan Karnaval serialının yaradıcısı olan Denyel Nauf isə baş yazar kimi Heddonla birgə çalışır.[4] Pilot seriyanın rejissoru Stiv Şilldir.[5]

Drakula
Dracula
Janrdrama
İlk baxış tarixləri25 oktyabr 2013 (2013-10-25)[1]
ProdüserColin Callender
Tony Krantz
Gareth Neame
Anne Mensah
Cole Haddon
Daniel Knauf
Reece Pearson
YaradıcısıKol Heddon
Denyel Nauf
RollardaConatan Riz Meyers
Jessica De Gouw
Katie McGrath
İstehsalçı ölkəABŞ
Birləşmiş Krallıq
İl2013
StudiyaUniversal Television
Carnival Films
Flame Ventures
Playground
Dilingilis dili
Mövsüm sayı1
Davametmə müddəti45 dəq.
TelekanalNBC
IMDbID2296682
Format480i (SDTV)
720p (HDTV)
1080i (HDTV)
nbc.com/dracula/

2012-ci ilin yanvar ayında telekompaniya serialın çəkilməsi öhdəliklərini üzərinə götürdüyünü açıqlamış, 2012-ci ilin iyul ayında isə 10 seriyanın planlaşdırıldığını bildirmişdi.[3][6] 10 may 2014-cü ildə NBC telekanalı "Drakula" serialının yarımçıq dayandırıldığını elan etdi.[7]

Mövzu

Filmdə XIX əsr, Viktoriya dövrünün London həyatı və Londonda peyda olan Drakulanın macəralarından bəhs ediləcək. Drakula burada müasir elmləri öyrənməyə və viktorian cəmiyyətinə inteqrasiya olunmağa çalışır. Xüsusilə işıqdan gizlənənlərin qaranlıq gecələrini aydınladan elektrik enerjisi onun çox diqqətini çəkir.[8]

Rollarda

Əsas heyət

Kretschmann 2012-ci il İtalyan qorxu filmi olan Drakula 3D-də Drakula rolunu canlandırmışdı.
  • Maykl Nardone — Hermann Krüger[15]

Köməkçi heyət

  • Ben Mayls — Brauninq, Əjdaha ordeninin rəhbəri.
  • Robert Baturst — Lord Thomas Devenport
  • Miklos Banyai — Szabo, Harkerin dostu və keçmiş qəzet müxbiri.
  • Fil MakKii — Cozef Kovalski, Qreysonun əsas texniki.
  • Entoni Kalf — Dr. Uilyam Mürrey, Minanın atası və Betleyem Kral Xəstəxanasının direktoru.
  • Cemma Redqreyv — Minerva Vestenra, Lüsinin anası.
  • Tamer Hassan — Kaha Ruma aka "Mərakeşli".[14]

İstehsal

Serialın istehsalına 2013-cü ilin fevralında Budapeştdə başlanılmışdır.[13][16]

Stiv Şill (Dekster, Qanun & Qayda:Cinayət fikirləri, Tüdorlar) pilot seriyasının rejissoru olmuşdur. Digər seriyalar isə Endi Qoddard (Qanun & Qayda:BK, Dauntoun abbatlığı, Torçvud) Brayn Kelli (İnspektor Lyuis, Dauntoun abbatlığı), Nik Mörfi (İşğal, İbtidai) və Tim Fivell (İnspektor Lyuis, Yeriyən ölü, Seks ustadı) kimi rejissorlar tərəfindən çəkilmişdir.[17][18][19]

Əlavə yazarların sırasında Tom Qrayvs (İnsan olmaq, Saray) və Rebekka Kriş (Təsir) kimi məşhurların adı var.[20][21]

Serialın yayımına başlamamışdan əvvəl NBC telekanalı "Drakulanın dirilməsi" adlı animasiyalı veb kampanyon efirə vermişdi ki, prekvel rolunu oynayan bu material əsas qəhrəmanın tarixçəsini izləyicilərə xatırlatmalı idi.[22]

Seriyalar

No.AdRejissorSsenari müəllifiOrijinal efir tarixiABŞ izləyici sayı
(milyon)
1"Qan həyatdır" Stiv ŞillKol Haddon25 oktyabr 2013 (2013-10-25)5.26[23]
Aleksandr Qreyson (Drakula) möhtəşəm mərasimlə İngiltərəyə glişini elan edir. Mərasimdə Qreyson, otağın digər küncündə Conatan Harker və Lüsi Vestenra ilə birgə dayanmış Mina Mürreyi görür və bu qız ona sevgilisi İlonanı xatırladır. Burada o, həm də Əjdaha ordeninin üzvlərindən biri olan Ledi Ceyn Veterbini görür. 
2"Kükürd tüstüsü" stiv ŞillDaniel Knauf1 noyabr 2013 (2013-11-01)3.39[24]
Əjdaha ordeninin üzvü olmasına baxmayaraq, Ledi Ceyn və Qreyson sevgi münasibəti qururlar. Mina, böyük uğur qazandığı tibb məktəbində yaranmış bir problemin həll edilməsi ilə bağlı Qreysondan kömək istəyir; Van Helsinq Drakula üçün günəş vaksini üzərində işlərini davam etdirir və bu zaman Harker Qreyson ilə işbirliyinə başlayır. 
3"Qoblin tacir kişi" Endi QoddardHarli Peyton8 noyabr 2013 (2013-11-08)2.96[25]
Harkerin köməkliyi ilə Qreyson, üzvlərini bir-birinə qarşı qoymaqla, Əjdaha ordenini daxildən çökdürməyə başlayır. Lord Loranın əsl kimliyini öyrənən Qreyson, bundan lorda qarşı şantaj vasitəsi kimi istifadə edir. Sonda bu, ordeni qaydaları pozan üzvlərə qarşı ciddi addımlar atmağa məcbur edir. Lord Loranı şantaj etməsinin nəticəsi olaraq, Qreyson Əjdaha ordenindən ciddi bir düşmən qazanır – Lord Devenport. Renfild Qreysonun işlərini ağılla və peşəkarlıqla idarə edir. Qreyson Ledi Ceyni izləyir və onun ordenlə bağlı qaranlıq həyatının sirrlərini öyrənir – indi o, xanımla başqa taktikadan istifadə etməli olduğunu bilir. Lüsi, Conatanla münasibətlərinin kəskinləşməsi səbəbiylə depressiya yaşayan Minaya kömək etməyə çalışır. Mina Qreysona etibar edərək, problemləri haqqında danışır, Qreyson isə Conatana vəziyyəti düzəldəcək məsləhətlər verir. Mina və Conatan barışır və nişanlanır – hər şey Qreysonun planına uyğun davam edir, Qreyson Minanı özünə yaxın saxlayır, lakin çox yaxına da buraxmır. 
4"Qaranlıqdan işığa" Endi QoddardTom Qrayvs15 noyabr 2013 (2013-11-15)2.99[26]
Qreyson axtarılan qədim vampirin özü olduğunu bildiyi üçün, mümkün qədər Ledi Ceynin qəlbini və etibarını qazanmağa, beləliklə də Əjdaha ordeninin fəaliyyətinə nəzarət imkanı əldə etməyə çalışır. Bu məqsədlə də qədim, lakin müdrik Renfildin fikrincə son zamanlar nəzarət edilməsi mümkün olmayan tanışını qurban edir, cəmiyyətin (ola bilsin həm də Minanın) etibarını qazanır. Qreysonun xahişi ilə Harker General Şounu axtarır, bu zaman Lord Devenport Qrereysonu məhv etmək üçün vasitə axtarır və bu sonda onun oğlunun ölümü ilə nəticələnir. Lord Devenport Ordenin razılığı olmadan Qreysonun ən yaxın adamı, sadiq xidmətçisi və sağ əli olan Renfildin qaçırılmasında iştirak edir. Həmin dövrdə Qreysonun təsiri ilə Mina və Harkerin nişanlanması Lüsinin qəlbini qırır və o bunu Minadan gizlədir. 
5"İblis valsı" Nik MörfiNicole Taylor29 noyabr 2013 (2013-11-29)2.84[27]
Mina yuxusunda görür ki, Qreyson onun yataq otağına gəlir və Harkerin onun üçün düzgün seçim olmadığını bildirir. Bundan sonra o, intim hisslər yaşayır, bu zaman Lüsinin otağa girməsi ilə Mina tər içində yuxudan ayılır. Nəhayət ki, Van Helsinq günəş əlehinə preparatı hazırlamağa müvəffəq olur, Qreyson və Van Helsinq dərmanı qadın vampirin üstündə sınaqdan keçirirlər, əvvəlcə dərman işə yarasa da, bir neçə dəqiqə sonra günəş şüası qadını yandırır. Qreyson Renfildlə Amerikada ilk dəfə tanış olmalarını xatırlayır və Renfildin axtarılması işini Harkerə tapşırır. Conatan Renfildin tutularaq karetaya basılıb oğurlandığı yerdə onun cib kitabçasını tapır və Qreyson kitabçadakı qoxunun izi ilə Renfildin saxlandığı yeri müəyyənləşdirir, günəşin batmasından sonra isə onu xilas edir. Həmin müddətdə Renfild bütün əziyyətlərə dözərək Qreyson haqqında bir kəlmə də danışmır və Qreyson onu azad etdikdən sonra, Renfildə edilmiş bütün əziyyətlərin əvəzini çıxır. Mina və Harkerin nişanlanması şərəfinə təşkil olunmuç mərasimdə Qreyson Əjdaha ordenindən olan bir neçə zadəganla tanış olur və gizlincə onların əlini qoxlayır ki, Renfildin qaçırılmasının arxasında dayanan şəxsin im olduğunu tapsın. Mina Qreysonu öz müəllimi Dr. Van Helsinqə təqdim edir və iki kişi özlərini elə aparırlar ki, guya bir-birini tanımırlar. Lüsi görür ki, Ledi Ceyn kimisə axtarır və düşünür ki, onun axtardığı adam Qreysondur, burdan da belə nəticə çıxarır ki, onlar sevgilidirlər. Daha sonra Ledi Ceyn görür ki, Lüsi Minanı sığallayır və başa düşür ki, Lüsi Minaya aşiqdir. Nişan mərasimini təşkil etməsinə təşəkkür olaraq, Harker Mina ilə ilk rəqsi ona bağışlayır. Həm Qreyson, həm də Mina üçün bu gözlənilməz olur. Rəqs zamanı Mina və Qreyson bir-birindən gözünü çəkmir, Ledi Ceyn, Harker və Lüsi anlayırlar ki, onların arasında nəsə ehtiraslı bir hiss var və Harker qəfildən yaxınlaşaraq onların rəqsini yarımçıq kəsir. Brouninqin Ledi Ceynlə axtarılan qədim vampirin Qreyson olması ehtimalını müzakirə etdikləri müddətdə, London cəmiyyətində Drakulanın şəhərə gəlməsi haqqında fikirlər yayılmağa başlayır. Ledi Ceyn bunu inkar edir, Brouninq isə bildirilir ki, Ledi Ceyn Drakulanın vampir ehtirası ilə gözləri kor edilmiş ilk qadın deyil. 
6"Monsterlər və kişi" Nik MörfiKeti Lavcoy6 dekabr 2013 (2013-12-06)3.83[28]
Brouninq Qreysonun sirrini üzə çıxarmaq üçün, kolleqalarla günəşli otaqda toplantı keçirmək qərarına gəlir. Qreyson və Van Helsinq simsiz elektrik enerjisi texnologiyası və günəş şüasına qarşı dərman üzərində işləri davam etdirirlər. Lüsi Minaya qarşı hisslərini açıb söyləyir. Mina bu sevgini pis qarşılayır, Lüsiyə otağı tərk etməsini söyləyir. Mina və Harker görüşərək sekslə məşğul olurlar. 
7"İki ustadın xidmətçisi" Brayn KelliRebekka Kirş3 yanvar 2014 (2014-01-03)2.90[29]
Qreyson günəşin onu məhv etməyəcəyinə o qədər əmin idi ki, qan içmədən evdən çıxdı. O, özünü aldadaraq inanır ki, qan içməməsi və dərman istifadəsi onun yenidən insana çevrilməsinə şərait yaradacaq. Bununla da, o, yavaş-yavaş zəifləyir ki, bunu da digərləri görür. Renfild, İlonanın Əjdaha ordeni tərəfindən oğurlanmış portretini geri qaytarmaq üçün Budapeştə yola düşür. Oğurlanmış portreti görən Lord Devenport, Qreysonun əsas maraq obyektinin Mina Mürrey olduğunu anlayır. Ledi Ceyn Lüsi ilə manipulyasiyasını davam etdirərək, Qreysonun əsas maraq obyekti olan Minanı hədəf alır. Ledi Ceyn Lüsiyə yoldan çıxarmağın yollarını öyrədir, məsləhət görür ki, ilk təcrübəsini Harkerin üzərində sınasın və beləliklə də Minanın Harkerdən uzaqlaşmasına da şərait yaratsın. Harker öyrənir ki, Qreyson onunla manipulyasiya edir və özünü Əjdaha ordeninə təslim edir. Orden “Grayson Energies” tərəfindən istehsal edilmiş südü zəhərləmək üçün polis işçisindən istifadə edir, Qreyson isə yeni kəşfi olan simsiz elektrik enerjisi texnologiyasını geniş ictimayətə təqdim etməyə hazırlaşır. Zəhərlənmiş südü içən insanlar özlərini pis hiss edirlər. Sonra həmin polis yaranmış problemlə əlaqədar olaraq Qreysondan biznesinin bağlanmasını tələb edir. Buna görə də, axşam Qreyson polis şöbəsini “ziyarət” edir. Mina rəqs etməyə başlayır lakin, Harkerlə yox, Qreysonla rəqs edir, atası isə bunu görür. Van Helsinqin hazırladığı dərmanın işə yaramadığını görən Qreyson onu öldürməklə təhdid edir. 
8"Ölməyə gəl" Brayn KelliHarli Peyton10 yanvar 2014 (2014-01-10)2.47[30]
Van Helsinq öyrənəndə ki, Qreyson dərman qəbul etməsinə baxmayaraq əvvəlki kimi qana susayır, həmçinin Mr. Brouninqin qaçırılmışa ailəsini qaytarmağa çalışır, onunla dalaşaraq ayrılır. Mina Qreysondan qaçmağa çalışır, lakin Lord Devenportun adamı tərəfindən hücuma məruz qalır, Harker qisas alacağını bildirir. Hücumdan sonra Mina hospitala yerləşdirilir. Harker Qreysona olan hissləri mövzusunda Minanı sakitləşdirir. Lakin, Qreysonun gizlətməyə çalışdığı Minanın (əslində İlonanın) portretini gördükdən sonra Harker qısqanır və Lüsi ilə yatır. Şəhər darvazası yaxınlığında Minaya hücum edən üç kişibi gördükdən sonra Ledi Ceyn öyrənir ki, Drakula Londona gəlib. 
9"Dörd qızılgül" Tim FivellStory by: Jesse Peyronel
Teleplay by: Daniel Knauf
17 yanvar 2014 (2014-01-17)2.78[31]
Qreyson öyrənəndə ki, Harker də ordenə üzv olub, onlarla döyüşə girir. Lüsi, Harkerlə Minanın arasını pozmaq üçün, hücumdan sonra yenicə özünə gələn Minaya, Harkerlə aralarında baş verənlərdən bəhs edir. Mr. Brouninq ümidsiz şəkildə övladlarını axtarır. Ledi Ceyn əsas vampir Drakulanı ovıamağa hazırlaşır. Qreyson nanır ki, Lüsi insan olsa da, şəxsiyyətcə monsterdi və buna görə də onu monsterə - vampirə çevirir. 
10"Qoy orada işıq olsun" Tim FivellKol Haddon24 yanvar 2014 (2014-01-24)3.04[32]
Qreysonun kəşf etdiyi yeni texnologiyanın təqdimatı sabotajla üzləşir, mərasimə toplaşan insanlar hamısı partlayış nəticəsində öldürülür. Sabotaj Harker tərəfindən təşkil olunur və indi Qreyson əmindir ki, o düşməndir və Əjdaha ordeninə təslim olmuşdur. Mina yeni Harkerdən qorxur və uzaq gəzməyə çalışır. Van Helsinq Qreysinun işığa çıxa bilməsi üçün yaradılmış prosesi məhv edərək evi tərk edir, daha sonra qaçırılmış uşaqların əvəzinə Brauninqdən £50000 tələb edir, Brauninqin havalanmış arvadı özünü daha da pis hiss edir, Brauninq pulları verib uşaqları almaq üçün müəyyən olunmuş yerə getmək qərarına gəlir. Orada Van Helsinq Brauninqə göstərir ki, onun uşaqları Drakulanın qanı ilə vampirə çevriliblər. Sonra yeni çevrilmiş vampirləri atalarının qanını içməyə imkan verir. Daha sonra isə uşaqların saxlandığı evi yandırır. Ledi ceyn vampirləri taplmaq üçün içərisində Məsihin qanı olan reliktdən istifadə edir, papa qılıncı ilə silahlanaraq Qreysona qarşı savaşa hazırlaşır. Savaş zamanı Qreyson qılıncı ələ keçirərək Ledi Ceynin ürəyinə sancır, ölməmişdən əvvəl o söyləyir ki, heç vaxt Qreysonu sevməyib, Qreyson onun necə ölməsinə baxır. Həmin müddətdə tamamilə çevrilən Lüsi anasını dişləyir. Mina sekslə məşğul olmamışdan əvvəl Qreysonun onu sevdiyini öyrənir. Van Helsinq Qreysonu məhv etmək qərarına gəlir və Harkerə söyləyir ki, Qreyson Drakuladır. Van Helsinq drakulanı məhv etmək üçün Harkeri həvəsləndirir. 

Mükafat və nominasiyaları

İlMükafatMükafatNəticəQeyd
2014ABŞ Operatorlar CəmiyyətiBir saatlıq televiziya serialında operator işində üstün müvəffəqiyyətNamizədDrakula
2014Xalqın seçimi mükafatıƏn Sevilən yeni TV dramaNamizədDrakula
2014Xalqın seçimi mükafatıYeni serialda Ən sevilən aktyor — Conatan Riz MeyersNamizədDrakula

İstinadlar

Xarici keçidlər