Diastola

Diastola (yun. diastole, mənası: Genişlənmə) — ürək dövrünün fazasıdır. Bu zaman ürəyin sağ və sol mədəciklərinin əzələsinin boşalması nəticəsində həcmi genişlənərək, qulaqcıqlardan gələn qanı qəbul edir. Buna yüklənmə/dolma fazası da deyirlər.Bu zaman ürəyin aortaağciyər arteriyası qapaqcıqları qapanır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar açılmış olurlar. Bu an damar divarlarının müqaviməti nəticəsində qapanmış aorta aypara qapaqcıqlarına soykənən qan axını diastolik təzyiqi yaratmış olur.Diastolik təzyiq damar divarlarının müqavimətindən və aypara qapaqcıqların intaktlığından asılıdır. İnsan ölən zaman ürək diastola vəziyyətində olur.

Mədəciyin sistolası
Ürəyin işi

Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir.

Yarımfazaları

Ürəyin EKQ müşayiətilə animasiyası

Doastola fazası özü 4 yarımfazaya bölünür[1][2][3]:
1. Boşalma yarımfazası: aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının qapanması;

  • EKQ: T-dişciyi ilə P-dişciyi arasındakı T-P məsafəsi;
  • Exo: Sistolik qovulmanın sonu və E-dalğasının başlancığı;

2. İlkin yüklənmə/dolma ("aktiv diastola") yarımfazası: ürək mədəciklərinin açılmış taylı qapaqlardan qanı bir növ sovuraraq qəbul etməsi;

  • EKQ: T-P məsafəsinin son yarısı;
  • Exo: E-dalğası.

3. Diastaza yarımfazası (Əvvəllər ilkin yüklənmə yarımfazasına aid edilirdi):

  • EKQ: P-dişciyi ;
  • Exo: EA-dalğası.

4. Son yüklənmə/dolma yarımfazası: qulaqcıqların yığılmasından taylı qapaqların qapanmasına qədər ki zaman kəsiyi;

  • EKQ: P -R dişcikləri arasındakı P-R məsafəsi
  • Exo: A-dalğası.

İstinadlar

Həmçinin bax