Diaqonal (voleybol)
Diaqonal — (ing. opposite, türk. pasör çaprazı) voleybolda mövqelərdən biri, voleybolçu ampluası. Bu mövqe voleybolda şərti olaraq hücumçu ampluasına bənzəyir. Hətta ismi diaqonal hücumçu da adlandırılır.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/95/Andrea_Sartoretti_and_Slobodan_Bo%C5%A1kan.jpg/220px-Andrea_Sartoretti_and_Slobodan_Bo%C5%A1kan.jpg)
Diaqonal oynayan voleybolçu toppaylayıcı servis atarkən önə gəlir və adətən uzun pasla hücum edir, 2-ci zonada qərarlaşır. Bu oyunçu "4-2" və "6-0" taktikasında istifadə edilmir. Sadəcə "5-1" sxemində yer alır. Çünki "5-1" taktikasında sadəcə 5 hücumçu və 1 toppaylayıcı yer alır. Burada toppaylayıcının da çaprazında bir hücumçuya ehtiyac duyulduğundan diaqonal oyunçudan istifadə edilir. Əksər vaxt 2-ci zonadan hücum edir və 4-cü zonadakı rəqib oyunçularla mübarizə aparır. Bu da rəqibin 4-cü zonadakı hücumlarının qarşısını blokla almağa kömək edir. Bu vəzifəni də diaqonal oyunçu yerinə yetirir. 5-1 taktikasında hər mövqedən (liberodan başqa) iki oyunçu olduğu halda diaqonal mövqedən bir oyunçu olur. Bu da komandaların heyətində daha az diaqonal ampluasına sahib olan voleybolçunun olmasına gətirib çıxarır.[1]