Der Angriff

Der Angriff 1927-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının Berlin Gausu tərəfindən təsis edilən alman qəzeti idi.

Der Angriff
SahibiAlman Nasional Sosialist Fəhlə Partiyası
Təsisçi
Yaranma tarixi7 aprel 1927
Dilalman dili
Nəşrini dayandırıb24 aprel 1945
Qiymət0,1 Reichsmark
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Der Angriff-in 30 yanvar 1933-cü il tarixli başlığı

Qəzet Yozef Gebbels tərəfindən təsis edilmişdir. 1926-cı ildə Berlinin Nazi Partiyasının (Gauleiter) lideri oldu və partiyanın nəşrlərini təmin etmək üçün lazım olan pulun böyük hissəsini özü qarşıladı. Der Angriff kobud və təcavüzkar bir dildən istifadə edərək kütlələrə çatmaq üçün hazırlanmışdır. Antiparlamentarizm və antisemitizm kimi özünü təyin edən mövzular var idi. Məqalələr 1933-cü ilə qədər əsasən naşir Gebbels tərəfindən yazılmış və imzalanmışdır. Qəzetdə Hans Schweitzerin siyasi karikaturaları da çap olunmuşdur.

Der Angriff ilk dəfə 4 iyul 1927-ci ildə "Angriff Press" tərəfindən nəşr edilmişdir. Onun şüarı İstismarçılara qarşı məzlumlar üçün idi. Daha sonra 1929-cu il oktyabrın 1-dən həftədə iki dəfə nəşr olundu. Der Angriff 1 noyabr 1930-cu ildən sonra "Berlindəki Alman Axşam Qəzeti" ilə gündəlik qəzet oldu.[1] Partiya təbliğatı, Veymar Respublikasına qarşı təşviqat və antisemitizm də var idi. Həmçinin Yəhudi Berlin polisi rəhbərinin müavini Bernhard Vayssa qarşı olan məqalələr dərc olunurdu.[2] Buna görə qəzet 4 noyabr 1931-ci ildə Berlinin Polis İdarəsinin rəisi Albert Grzesinski tərəfindən müvəqqəti olaraq qadağan edildi. 30 yanvar 1933-cü ildə Almaniyada nasistlər siyasi hakimiyyət qazandıqdan sonra qəzetin əhəmiyyəti getdikcə azaldı. Müttəfiqlər Berlinə qarşı hava bombardmanına başlayanda, Berlinlilərin əhval-ruhiyyəsini yaşatmaq üçün nəşrlərin sayı artırıldı.

1927-ci ildə 2000-ə yaxın tirajla çap edildi. Bu rəqəm 1939-cu ildə 146694, 1944-cü ilə qədər 306000-ə yüksəldi. Onun son sayı 24 aprel 1945-ci ildə çap olunmuşdur.

İstinadlar

Mənbə

  • Russel Lemmons: Goebbels and Der Angriff, 1994, ISBN 978-0-8131-1848-2 (Google Books preview).
  • Peter Stein: "Die NS-Gaupresse 1925-1933 Forschungsbericht - Quellenkritik - neue Bestandsaufnahme", 1987, ISBN 978-3-598-21299-4
  • Joseph Goebbels: "Der Angriff. Aufsätze aus der Kampfzeit" (Der Angriff - Essays from the Time of Struggle), Munich, 1935. Reprint of the essays in book form. Scanned version online.
  • Christian Zentner, Friedemann Bedürftig (1991). The Encyclopedia of the Third Reich, p. 24. Macmillan, New York. ISBN 0-02-897502-2