Denzel Dumfris

Denzel Custus Morris Dumfris (18 aprel 1996, Rotterdam, Niderland) — Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubunda və Niderland milli futbol komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusu.

Denzel Dumfris
nid. Denzel Dumfries
Ümumi məlumatlar
Tam adıDenzel Custus Morris Dumfris[1]
Doğum tarixi (28 yaş)
Doğum yeriRotterdam, Niderland
Vətəndaşlığı
Boyu189
Çəkisi80 kq
MövqeyiSağ cinah müdafiəçi
Klub haqqında məlumat
KlubNiderland PSV
Nömrəsi22
Karyerası
Gənclik karyerası
Niderland Spartaan'20
2002—2013Niderland Smitshuk
2013—2014Niderland Barendrext
Klub karyerası[* 1]
2014—2017Niderland Sparta Rotterdam65 (2)
2017—2018Niderland Herenveen33 (3)
2018—h.hNiderland PSV89 (13)
Milli yığma[* 2]
2014Aruba Aruba2 (1)
2016Niderland Niderland U-204 (0)
2016—2018Niderland Niderland U-215 (0)
2018—h.hNiderland Niderland23 (2)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Dumfris 2014-cü ildə həvəskar komanda olan Barendrext klubundan Sparta Rotterdam klubuna transfer olmuşdur.[2][3] O, peşəkar karyerasında debütünü 20 fevral 2015-ci ildə Emmen klubuna qarşı oyunda etmişdir. Dumfris Sparta ilə 2016-cı ildə Erediviziyaya vəsiqə qazandı və həmin il Eerste Diviziyada mövsümün ən istedadlı oyunçusu mükafatına layiq görüldü.[4]

2017-ci ilin yayında o, belçikalı oyunçu Stefano Marzonun gedişindən sonra Herenveen klubu ilə müqavilə imzalamışdır.[5]

2018-ci ilin iyununda Dumfris Coşua Brenet və Santyaqo Ariasın klubdan gedişindən sonra Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubu ilə beş illik müqavilə imzalamışdır.[6]

Milli karyerası

Hələ Barendrext klubunda çıxış edərkən Dumfris Aruba milli futbol komandasında oynamaq üçün dəvət almışdır. 2014-cü ilin mart ayında o, Quam millisi ilə yoldaşlıq oyununda millidə debüt etmişdir. Bir neçə gün sonra həmin milli ilə qarşılaşmada Dumfris qolla yadda qalmışdır.[7]

Ronald Kuman 2018-ci ilin oktyabr ayında ilk dəfə Dumfrisi Niderland milli futbol komandasına dəvət etmişdir.[8] O, milli ilə debütünü 13 oktyabrda Almaniya millisinə qarşı oyunda etmişdir.

Dumfris millidə ilk qolunu 13 iyun 2021-ci ildə UEFA Avro 2020 turniri çərçivəsində Ukrayna millisinə qarşı oyunda vurmuşdur. Həmin görüşdə milli rəqibinə 3–2 hesabı ilə qalib gəlmişdir.[9] Avstriya millisinə qarşı növbəti oyunda o, yenidən qolla yadda qalmışdır.[10]

Karyera statistikası

Klub

13 may 2021 tarixində yenilənib[11]
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
KlubMövsümLiqaÖlkə KubokuKontinentalDigərÜmumi
DiviziyaOyunQolOyunQol!OyunQol!OyunQolOyunQol
Sparta Rotterdam2014–15Eerste Diviziya300030
2015–16Eerste Diviziya31120331
2016–17Erediviziya31150361
Ümumi652700000722
Herenveen2017–18Erediviziya333202[a]1374
PSV2018–19Erediviziya34400801[b]0434
2019–20Erediviziya257201211[b]0408
2020–21Erediviziya3023181414
Ümumi8913512822012416
Ümumi karyera187181412824123322

Milli komanda qolları

17 iyun 2021 tarixində yenilənib[12]
Milli komanda və illər üzrə oyun və qollar
Milli komandaİlOyunQol
Aruba201421
Ümumi21
Niderland201830
201960
202050
202172
Ümumi212

Aruba

Nəticələr və qollar Aruba hesablamasının birinci siyahısındadır.[12]
Denzel Dumfrisin milli komandada vurduğu qolların siyahısı
No.TarixMəkanRəqibHesabNəticəTurnir
130 mart 2014Trinidad stadionu, Oranyestad, Aruba  Quam1–02–0Yoldaşlıq oyunu

Niderland

Nəticələr və qollar Niderland hesablamasının birinci siyahısındadır.[12]
Denzel Dumfrisin milli komandada vurduğu qolların siyahısı
No.TarixMəkanRəqibHesabNəticəTurnir
113 iyun 2021Johan Cruyff Arena, Amsterdam, Niderland  Ukrayna3–23–2UEFA Avro 2020
217 iyun 2021  Avstriya2–02–0

Uğurları

Sparta Rotterdam

Fərdi

İstinadlar

Xarici keçidlər