Demokratik İslahatlar Partiyası

Azərbaycanda siyasi partiya

Demokratik İslahatlar Partiyası və ya qısaca DİPAsim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur.

Demokratik İslahatlar Partiyası
Loqonun şəkli
SədriAsim Mollazadə
QurucuAsim Mollazadə
Quruluş tarixi27 may 2005
Qeydiyyat tarixi12 avqust 2005
SələfiAzərbaycan Xalq Cəbhəsi Partiyası
Baş qərargahNeftçilər pr. 65, Səbail ray.
İdeologiyaliberalizm, Sosial ədalət
ÜzvlüyüDemokratiya Bloku (2010)
Üzv sayı5 mindən çox[1] (2023)
Milli Məclisdə
1 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
35 / 15.156
Saytıdemreforms.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur.[2]

Tarixi

2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin]

ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi.

ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçkilərdə 5 555 səs (0.24%) topladı.

ADİSP 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçkilərində on üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və üçüncü dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçimlərdə 21 044 səs (0.74 %) topladı.[mənbə göstərin]

2019-cu il noyabrın 10-də ADİSP VI Qurultayı baş tutdu. Qurultayda partiyanın adı Demokratik İslahatlar Partiyası olaraq dəyişdirildi. Qurultayda Asim Mollazadə altıncı dəfə üç il müddətinə DİP sədri seçildi.[3]

DİP 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və dördüncü dəfə Milli Məclisə seçildi. DİP həmin seçimlərdə 5 533 səs topladı.[mənbə göstərin]

Rəhbərlik

Demokratik İslahatlar Partiyasının (DİP) sədrdən və 8 nəfər üzvdən ibarət olan Siyasi Şurası mövcuddur.[mənbə göstərin]

Sıra
Vəzifə
Vəzifəli
1.
Partiya sədriAsim Mollazadə
2.
Siyasi Şura üzvüFatimə Ağamirzəyeva
3.
Siyasi Şura üzvüGülnarə Məmmədova
4.
Siyasi Şura üzvüİlkin Həsənov
5.
Siyasi Şura üzvüİnqilab Əhmədov
6.
Siyasi Şura üzvüMərdan Əfəndiyev
7.
Siyasi Şura üzvüNazim Abdullayev
8.
Siyasi Şura üzvüÜlkər Abdullayeva

Qurultaylar

QurultayTarixiSeçilən sədrNamizədlər
I Qurultay5 iyun 2005Asim MollazadəAsim Mollazadə
II Qurultay20 iyul 2008
III Qurultay10 sentyabr 2011
IV Qurultay15 iyun 2013
V Qurultay1 yanvar 2016
VI Qurultay10 noyabr 2019
VII Qurultay2 dekabr 2023[4]

Seçkilərdə

Parlament seçkiləri

SeçkiSədrMajoritar
Səs%Mandat
2005
Asim Mollazadə
1 / 125
20105 5550.22
1 / 125
201521 0440.74
1 / 125
20205 533
1 / 125
2024

Bələdiyyə seçkiləri

SeçkiSədrSəsYer
#%±
2009[5]Asim Mollazadə
18 / 15.591
2014
2019
35 / 15.156

Ara bələdiyyə seçkiləri

SeçkiSədrSəsBələdiyyə üzvü
#%
2006[6]Asim Mollazadə
3 / 1.901
2011

Maddi-texniki baza

Demokratik İslahatlar Partiyasının qərargahı Yasamal rayonu Ə. Hüseynzadə 64/1 ünvanında yerləşir.[mənbə göstərin]

İstinadlar