Dariqa Nazarbayeva

Dariqa Nursultan qızı Nazarbayeva (qaz. Darïğa Nursultanqızı Nazarbayeva; 7 may 1963, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstan siyasi xadimi, siyasi elmlər doktoru[1]; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük qızı.

Dariqa Nazarbayeva
qaz. Darïğa Nazarbayeva
Şəxsi məlumatlar
Doğum tarixi7 may 1963(1963-05-07) (61 yaş)
Doğum yeri
PartiyaƏmanət Partiyası
Təhsili
Fəaliyyətisiyasətçi, müğənni
AtasıNursultan Nazarbayev
AnasıSara Nazarbayeva
Həyat yoldaşı
Uşaqları
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siyasi karyerası

Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib.[2] 2014-cü ildə isə Məclisin spikeri seçilib.[2]

O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib.[2]

Ailəsi

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Rahat Əliyev ilə evli olub.[3] Onlar 1983-cü ildə evlənib.[4] Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.[5] 2007-ci Rahat Əliyevdən ayrılmışdır.

İstinadlar

Xarici keçidlər