Dandolk FK

Dandolk Futbol Klubuİrlandiyanın Dandolk şəhərini təmsil edən futbol klubu. Klub 1903-cü ildə İrlandiyadakı Böyük Şimal dəmiryolçularından ibarət olaraq təsis edilib.[1] 1926-cı ildə Premyer Diviziyaya yüksələn klub 1932–33-cü il mövsümündə çempion olaraq Dublin klublarının ağalığına son qoydu. Dandolk İrlandiya Liqasında ən çox uğur qazanmış ikinci komandadır. 1963–64 mövsümündə ölkə çempionu olaraq UEFA Çempionlar Kubokunda oynamaq hüququ qazandı. Bununla da Avropada ilk rəsmi matçını keçirmiş oldu. Çempionlar Liqasının 2019–20-ci il mövsümündə isə 70-ci Avropa matçına çıxdı.

Dandolk FK
Dundalk Football Club
Loqonun şəkli
Ölkə
Ləqəb(lər)The Lilywhites (Bəyaz zanbaqlar)
Yaranma tarixisentyabr 1903 (120 il əvvəl) (1903-09)
StadionuOriel Park
Tutumu4500
PrezidentiABŞ Bill Halsayzer
Baş məşqçisiİrlandiya Vinni Pert
LiqaFutbol üzrə İrlandiya çempionatı
2022.3.
Rəsmi saytı

Ənənəvi rəngləri 1940-cı ildən bəri ağ və qaradır. Buna görə də klubun ləqəbi bəyaz zanbaqlar (ingiliscə: The Lilywhites) olaraq qalmışdır. İrlandiyanın ən köklü və uğurlu klublarındandır. Belə ki, 13 qat İrlandiya çempionu olmuş, 11 qat isə ölkə kubokunu başı üzərinə qaldırmışdır.

Klub ev oyunlarını 4500 tamaşaçı tutumuna malik "Oriel Park" stadionunda keçirir. Stadion 1919-cu ildə açılmış və bu günədək 3 dəfə yenilənmişdir. Ən son yenilənmə işləri 2010-cu ildə tamamlanmışdır.

İstinadlar