Dafna dü Morye

Dama Dafna dü Morye (ing. Daphne du Maurier; 13 may 1907[1][2][…], London19 aprel 1989[1][2][…]) — ingilis hekayə, roman ve tamaşa yazıçısı.

Dafna dü Morye
ing. Daphne du Maurier
Dafna dü Moryenin gəncliyi (1930-cu illərdə)
Dafna dü Moryenin gəncliyi (1930-cu illərdə)
Doğum adıDama Dafna dü Morye
TəxəllüsüDaphne du Maurier
Doğum tarixi13 may 1907(1907-05-13)[1][2][…]
Doğum yeri
Vəfat tarixi19 aprel 1989(1989-04-19)[1][2][…] (81 yaşında)
VətəndaşlığıBöyük Britaniya Birləşmiş Krallıq
MilliyyətiBöyük Britaniya Birləşmiş Krallıq
Həyat yoldaşıFrederik Brauninq
Uşağı3
AtasıSer Cerald dü Morye
AnasıMuriel, Leydi dü Morye
Fəaliyyətinasir
Fəaliyyət illəri1931-89
Əsərlərinin diliingilis dili
Janrqotik ədəbiyyat
Tanınmış əsərləriRebekka
Təqaüdçülər
Quşlar
MükafatlarıMilli kitab mükafatı
İmza
dumaurier.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Romanlarından Rebekka (əsasında çəkilən film 1941-ci ildə Ən yaxşı filmə görə Oskar mükafatını qazandı) ilə Yamayka mehmanxanası və qısa hekayələrindən Quşlarİndi baxma başqa olmaq üzrə bir çox əsərinə film çəkilmişdir.

Babası aktyor və yazıçı Corc dü Morye, atası isə aktyor Cerald dü Moryedir. Bacısı Ancela da yazıçıydı və bacısı Janna isə bir rəssam idi.

Gəncliyi

Dafna dü Morye tanınmış bir aktyor olan Ser Cerald dü Morye və aktrisa Muriel Bomontun üç qız uşağından ikincisi olaraq Londonda doğuldu. Babası Şlyapa romanında Svenqali adlı qəhrəmanı yaratan yazıçı və karikaturist Corc dü Moryedir.

Bu əlaqələr ona ədəbi karyera yaratmasında köməkçi oldu və dü Morye ilk əsərlərindən bəzilərini Beaumont's Bystander (azərb. Bomontun müşahidəçisi‎) jurnalında yayımlatdı. İlk romanı Sevginin ruhu 1931-ci ildə yayımlandı. Dü Morye həmçinin Ceyms Metyu Barriyə Piter Pendə ilham vermiş Llivelin Davis uşaqlarının da qohumudur. Kiçik bir uşaq olanda atasının şöhrəti sayəsində teatrın bir çox parlaq ulduzlarla tanışdı. Tallula Benkhed ilə tanış olduqdan sonra onun gördüyü ən gözəl canlı olduğunu dediyi qeyd edilmişdir.

İstinadlar