Dəmir adam 2

Vikipediya saytından
(Dəmir adam 2 (film, 2010) səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keçAxtarışa keç
Dəmir adam 2
ing. Iron Man 2
Filmin posteri.
Filmin posteri.
Janrsuperqəhrəmanlıq
RejissorCon Favro
ProdüserKevin Fayqi
İcraçı prodüserlərCon Favro[d][7], Sten Li[7]
Əsərin müəllifləriSten Li, Larri Liber, Don Hek və Cek Körbinin "Dəmir adam" komiksləri
Ssenari müəllifiCastin Teru
Baş rollardaRobert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk, Samuel Leroy Cekson
OperatorMetyü Libatik
BəstəkarCon Debni
MontajçıDen Lebental[d]
İstehsalçılarMarvel Studios, Fairview Entertainment
Distribütor:
Paramount Pictures[N 1]
DistribütorParamount Pictures, Disney+, Walt Disney Studios Motion Pictures[d]
İlk baxış tarixi26 aprel 2010 (El Kapitan teatrı)
7 may 2010 (ABŞ)
Müddət125 dəq.[4]
Büdcə170-200 milyon $[5][6]
Gəlir623,9 milyon $[6]
ÖlkələrABŞ ABŞ
Dilingilis
Əvvəlki filmDəmir adam
Sonrakı filmDəmir adam 3
Rəngrəngli
Çəkiliş yeriEdvards[d][8], Los-Anceles
IMDbID1228705
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəmir adam 2 (ing. Iron Man 2) – Marvel Studios tərəfindən istehsal olunmuş, Marvel Comics personajı Dəmir adam komikslərinə əsaslanan 2010-cu il ABŞ superqəhrəmanlıq filmi. 2008-ci il istehsalı "Dəmir adam" filminə sikveldir, Marvel Kinematoqrafiya Kainatının isə 3-cü filmidir. Con Favronun rejissorluğu və Castin Terunun ssenaristliyi ilə istehsal olunmuş filmin əsas rollarını Robert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk və Samuel Lorey Cekson canlandırırlar. "Dəmir adam" filmindəki hadisələrdən 6 ay sonra Toni Stark ABŞ hökumətinin Dəmir adam texnologiyasını almaq cəhdləri ilə, eləcə də, sinəsində ark reaktorunun səbəb olduğu sağlamlıq problemi ilə üzləşir. Eyni zamanda, rus alim İvan Vanko Stark ailəsindən qisas almaq üçün eyni texnologiyanı hazırlayır və silahlar istehsal edir, Starkın rəqibi Castin Hammerə qoşulur.

2008-ci ilin mayında "Dəmir adam" filminin uğurlu buraxılışından sonra Marvel Studios dərhal sikvel anons etmiş və üzərində işləməyə başlamışdır. Həmin ilin iyulunda Tero ssenarini yazmaq, Favro isə yenə rejissorluq etməklə vəzifələndirilmişdir. Dauni, Peltrou və Cekson əvvəlki filmdəki rollarını yenidən canlandırsalar da, Çidl Terrens Hovardı Ceyms Rods rolunda əvəz etmişdir. 2009-cu ilin ilk aylarında Rurk, Rokuell və Yohansson da filmin aktyor heyətinə qatılmış, həmin ilin aprel-iyul aylarında çəkilişlər baş tutmuşdur. Əvvəlki film kimi bu filmin də böyük hissəsinin çəkilişləri Kaliforniyada baş tutmuş, təkcə bir səhnə Monakoda çəkilmişdir.

"Dəmir adam 2" filminin premyerası 26 aprel 2010-cu ildə El Kapitan teatrında, 7 may 2010-cu ildə isə bütün ABŞ-də baş tutmuşdur. Film ümumilikdə müsbət rəylər qazanmış, Dauninin performansı, döyüş səhnələri bəyənilmişdir. Lakin film baş cinayətkara və ağır irəliləməsinə görə tənqid etmiş, əvvəlki filmin altında qaldığını ifadə etmişdirlər. Film bütün dünyada 623,9 milyon ABŞ dolları gəlir etmiş, 2010-cu ilin ən çox gəlir əldə edən 7-ci filmi olmuş, Ən yaxşı vizual effektlər kateqoriyası üzrə Oskar mükafatı namizədi olmuşdur. Dəmir adam seriyasının 3-cü filmi "Dəmir adam 3" 3 may 2013-cü ildə buraxılmışdır.

Rusiyada KİV Toni Starkın Dəmir adam şəxsiyyətini açıqlaması barədəki xəbəri yayımlayır. Atası Anton Vankonu yenicə itirən İvan Vanko bunu görür və Starkın texnologiyasına bənzər miniatür ark reaktoru hazırlamağa başlayır. Altı ay sonra[N 2] Stark superulduzdur, Dəmir adam kostyumundan sülhməramlı məqsədlər üçün istifadə edir, dizaynlarını satmamaq üçün dövlətə müqavimət göstərir. Atası Hovardın irsinin arxasınca getmək üçün Stark Expo-nu davam etdirməyə qərar verir.

Daha sonra Stark onu yaşadan və kostymuna güc verən ark reaktorundakı palladium nüvəsinin onu yavaş-yavaş zəhərlədiyini öyrənir və ona əvəzedici tapa bilmir. Yaxınlaşan ölümü haqqında getdikcə qayğısız və ümidsiz hal alan Stark şəxsi köməkçisi Pepper Potts şirkətinin CEO-su təyin edir, Natali Raşmanı isə onun şəxsi köməkçisi təyin edir. Stark Monaka Qran-prisinə qatılır, yarışın ortasında elektrikləşdirilmiş qamçılarla təchiz olunmuş Vankonun hücumuna məruz qalır. Stark zirehini geyinir və Vankonu məğlub edir, lakin zireh xeyli zədə alır. Vanko məqsədinin dünyaya Dəmir adamın məğlubedilməz olmadığını sübut etmək olduğunu açıqlayır. Vankonun performansından təsirlənən Starkın rəqibi Castin Hammer Vankonun ölümünü saxtalaşdırır, onu həbsxanadan qaçırır və Starkı keçmək üçün ona zirehli kostyumlar hazırlatdırmağı istəyir. Sonuncu ad günü şənliyi olduğuna inanan Stark Dəmir adam kostymu içərisində sərxoş olur. Bundan bezən Toni Starkın ən yaxın dostu, ABŞ Hava Qüvvələri leytenant-polkovniki Ceyms Rods Starkın prototip zirehini geyinir və onu dayandırmağa çalışır. Döyüş heç-heçə bitir və Rods zirehi ABŞ Hava Qüvvələri üçün gətirir.

Q.A.L.X.A.N. direktoru Nik Fyuri Starka yaxınlaşır, Raşmanın əslində casus Nataşa Romanov olduğunu, Q.A.L.X.A.N.-ın qurucusu Hovard Starkı da şəxsən tanıdığını açıqlayır. Furi izah edir ki, Vankonun atası ark reaktorunu Starkla birlikdə ixtira edib, lakin pul üçün satmaq istədiyindən Stark onu ölkədən çıxarıb. SSRİ isə onu QULAQ düşərgəsinə göndəriblər. Furi Starka atasının köhnə materialını verir: 1974-cü ilə aid Stark Expo dioramasındakı gizli mesajın əslində yeni bir elementin strukturundan xəbər verir. JARVIS-in köməyi ilə Stark onu sintez edir. Vankonun hələ də sağ olduğunu öyrənən Stark yeni elementi ark reaktoruna yerləşdirir və onun palladium asılılığı başa çatır.

Ekspoda Hammer prototip zirehin ağır silahlandırılmış versiyasını geyinən Rodsun başçılığı altında Vankonun zirehli dronlarını tanıdır. Stark Rodsu xəbərdar etmək üçün gəlir, lakin Vanko dərhal uzaqdan bütün dronların və Rodsun zirehinin idarəetməsini ələ keçirib Starka hücum edir. Hammer həbs edilir, Romanov və Starkın cangüdəni Heppi Hoqan Vankonu tapmaq üçün Hammerin fabrikinə gedirlər. Vanko qaçır, lakin Romanov Rodsun zirehinin idarəetməsini ona qaytarır. Stark və Rods birlikdə Vanko və onun dronlarını məğlub edirlər. Vanko öz zirehini və məğlub edilmiş dronlarını partladaraq intihar edir.

Qısa görüş zamanı Furi Starka onun çətin şəxsiyyətinə görə Q.A.L.X.A.N.-ın onu ancaq məsləhətçi kimi istifadə etməyi planlaşdırdığını bildirir. Stark və Rods qəhrəmanlıqlarına görə medalla mükafatlandırılırlar. Titrlərdən sonrakı səhnədə Q.A.L.X.A.N. casusu Fil Koulson Nyu-Meksiko ştatının səhrasındakı bir kraterdə böyük bir çəkicin kəşfini bildirir.[N 3]

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu