Düyərli (Şəmkir)


DüyərliAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

Kənd
Düyərli
40°56′09″ şm. e. 45°49′00″ ş. u.
Ölkə Azərbaycan
RegionGəncə-Qazax iqtisadi rayonu
RayonŞəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü374[1]
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi9.502 nəfər (2021)
Milli tərkibiAzərbaycanlılar
Rəsmi diliAzərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 2230
Poçt indeksiAZ5716
Xəritəni göstər/gizlə
Düyərli xəritədə
Düyərli
Düyərli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı TürkiyəTürkmənistan toponimiyasında da əks olunmuşdur[2].

Əhalisi

Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir.

Etimologiyası

Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir.[3] Azərbaycan türkçəsində g-y səsləri arasında keçid çox yayılıb, igirmi-iyirmi sözündə olduğu kimi.

Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir. Rəvayətə görə vaxtilə Düyərli kəndini iki igid düşmənlərdən qorumuşdur. Elə o vaxtdan kəndin adı Düyərli olmuşdur. Bir fərziyyəyə görə isə Düyərli sözü "dəyərli torpaq" mənasını verir. Digər bir fərziyyəyə görə türk mənşəli "Dügər" tayfalarının adı ilə bağlıdır. Bu fərziyyə daha real görünür. Çünki eyni adlı kənd Tərtər rayonunda da mövcuddur. Bu da onu təsdiq edir ki, bu tayfalar həmin ərazidə də yaşamış və kəndlər belə adlanmışdır.

İqtisadiyyatı

Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur.

Şəhidləri

İstinadlar