Düyün (film, 2008)

Düyün — Rejissor Əli İsa Cabbarovun filmi.

Düyün
Janrdram
poetik dram
RejissorƏli İsa Cabbarov
Əsərin müəllifiAsif Rüstəmov
Ssenari müəllifləriRamiz Fətəliyev
Asif Rüstəmov
Baş rollardaPərviz Məmmədrzayev
Mehriban Zəki
OperatorAdil Abbasov
BəstəkarXəyyam Mirzəzadə
RəssamƏziz Məmmədov
İstehsalçılarDərviş Prodüser Mərkəzi
Butafilm (texniki təchizat)
Kinoatelye "24 K" (post-prodakşn)
İlk baxış tarixi14 mart 2008
Filmin digər adıAlbalı (çəkiliş adı)
Filmin növüqısametrajlı bədii film
Müddət23 dəq.
ÖlkələrAzərbaycan Azərbaycan
Dillərazərbaycanca
rusca
İl2008
Texniki məlumatlarvideofilm
Rəngrəngli

Məzmun

Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır.

Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur.

Film haqqında

Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilmişdir.

Film poetik ovqat filmidir. Sözdən çox təsvirə üstünlük verilib. Geniş – ümumi çəkiliş planları üstünlük təşkil edir. Rejissor filmdə soyuq müşahidə manerası üslubunda işləyib.

Filmdə səslənən musiqiləri solistlər ansamblı ifa edir.

Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin 5 qalibindən biri olub (2007).

Filmi İsveç TV kanalı alıb.

Festivallar və mükafatlar

1) 2008-ci ildə Düşənbədə (Tacikistan) Didor-2008 III Beynəlxalq Kinofestivalı
  • Ən yaxşı qısametrajlı film kimi Qran-priyə layiq görülmüşdür.
2) 2008-ci ildə Düşənbədə (Tacikistan) Didor-2008 III Beynəlxalq Kinofestivalı
3) 2008-ci ildə Tehranda (İran) Rahmat International Film Festival
  • Ən yaxşı bədii film adına layiq görülmüşdür.
4) 2010-cu ildə Gibarada (Kuba) VIII International Festival del Cine Pobre
  • Jürinin xüsusi mükafatına (Mención especial del jurado) layiq görülmüşdür.[1]

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi: Asif Rüstəmov
Ssenari müəllifi: Ramiz Fətəliyev, Asif Rüstəmov
Quruluşçu rejissor: Əli İsa Cabbarov
Quruluşçu operator: Adil Abbasov
Quruluşçu rəssam: Əziz Məmmədov
Rejissor: Çingiz Həsənov
Bəstəkar: Xəyyam Mirzəzadə
Dirijor: Fəxrəddin Kərimov
Səs rejissoru: Teymur Abdullayev
Səs operatoru: Elxan Rüstəmov
Qrim rəssamı: Elbrus Vahidov
Montaj: Asif Rüstəmov
Tərcüməçi: Rasim Qaraca
Rejissor assistentləri: Vəfa Cəfərova, Kəmalə Pənahova, Elyarə Nuruşova
Operator assistentləri: Elşən Bədəlov, Taleh Məhərrəmov
Rəssam assistenti: Fərid Qasımov
Qrimçi: İlqar Cəfərov
Sürücülər: Seymur Mehdiyev, İlham Qəniyev, Natiq Yusifov
Texniki təchizat: Səbuhi Əhədov ("Butafilm")
Post-prodakşn: Kinoatelye "24 K"
İcraçı prodüserlər: Aynur Mustafayeva, Çingiz Həsənov, Asif Rüstəmov
Prodüser: Əli İsa Cabbarov

Rollarda

  • Pərviz Məmmədrzayev – Əli
  • Mehriban Zəki – Nərminə
  • Müzəffər Məmmədrzayev – Emil
  • Şahmar Qəribli (Şahmar Qərib kimi) – Həsən dayı
  • N. Qəribov
  • Q. Mahmarzayev
  • Q. Qulaməliyev
  • Q. Məhərrəmov
  • A. Həsənov
  • M. Səfərəliyev
  • B. Həsənov
  • Ə. Bədəlov
  • R. Həsənov
  • M. Kərimov
  • R. Musayev
  • O. Həsənov
  • F. Ə. Pənahov
  • M. Əliyev
  • A. Musayev
  • S. Həsənov
  • Ş. Muradov
  • R. Yusifov
  • Ə. Yusifov
  • Ş. Səfərəliyev
  • Q. Məməsiyev
  • Ə. Səhrab
  • N. Kərimov
  • T. Sumarova

Çəkilişə köməklik edən qurumlar

  • Quba rayonu İcra Hakimiyyəti
  • Yerfi Bələdiyyəsi
  • Yerfi Mədəniyyət Evi
  • Butafilm

Çəkilişə kömək edənlər

İstinadlar

Mənbələr

Xarici keçidlər