Dünya beşdən böyükdür

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Rəcəb Tayyib Ərdoğan

Dünya beşdən böyükdür (türkcə:Dünya 5'ten büyüktür) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu siyasi doktrindir.[1]

İfadənin tərkibindəki beş sözü BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəyə işarə etməkdədir. Bu beş ölkənin veto hüququ doktrinin təməl hədəfidir. Ərdoğan əsərdə bu beş ölkənin BMT-in hadisələrə müdaxiləsinə mənfi təsir etdiyini ifadə etməkdədir.[2] Ərdoğan ilk dəfə 2013-cü ildə dilə gətirmiş olduğu bu doktrini[3] Nyu-Yorkda təşkil edilən BMT-in 74-cü Ümumi Assambleyasında da ifadə etmişdir.[4] Doktrin dərs kitablarına da daxil edilmişdir.[5]

2017-ci ildə Ek'rem adında bir repçi bu ifadədən təsirlənərək "The World is Bigger Than Five" adlı mahnı yayımlamışdır.[6]

Həmçinin bax

mənbəni redaktə et

Naviqasiya menyusu