Cuzeppe Sinyori

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Cuzeppe
Giuseppe Signori
Ümumi məlumatlar
Tam adıCuzeppe Sinyori
Doğum tarixi (56 yaş)
Doğum yeriAlzano Lombardo, Lombardiya, İtaliya
Vətəndaşlığıİtaliya
Boyu171
Çəkisi68 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubKaryerasını bitirib.
Karyerası
Gənclik karyerası
1981–1984İnter Milan
Klub karyerası[* 1]
1984–86Leffe38 (8)
1986–89Pyaçenza46(7)
1987–88Trento31(3)
1989–92Fodca100(36)
1992–98Latsio152(107)
1998Sampdoriya17 (3)
1998–2004Bolonya143 (67)
2004–05İraklis5 (0)
2005–06Şopron6 (3)
Milli yığma[* 2]
1992–95İtaliya28(7)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cuzeppe Sinyori (it. Giuseppe Signori; 17 fevral 1968[1][2], Alzano Lombardo, Lombardiya)[3]İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya millisinin üzvu olub.

Sinyori, A Seriyasında ardıcıl 10 səfər oyununda qol vurmaqla rekorda sahibdir[4] (1991–92-də "Focca" ilə bir oyun, 1992–93-də "Latsio" ilə 9 oyun).[5][6]

"İnter" klubunun uşaq futbol məktəbinin yetirməsi olan Cüzeppe Sinyori, ilk debütunu, 1984-cü ildə həvəskarlar çempionatında oynayan "Leffe" komandasında edib. Burada iki mövsüm çıxış edən futbolçu pzunu yaxşı tərəfdən göstərir və komandasının D Seriyasına yüksəlməsinə kömək edir.

Sinyori 1986-cı ildə C Seriyasında yarışan "Pyaçentsa" klubuna keçir. "Pyaçentsa"da 3 il oynadı, 46 matçda 7 qol vurur. 1987–88 mövsümunu icarə əsasında "Trento" klubunda keçirir.

1989-cu ildə "Focca" klubuna keçir. Burada baş məşqçi Zdenek Zeman, Sinyorini cinahdan çıxararaq hücumun mərkəzinə yerləşdirir. Sinyori, "Focca"da 105 oyunda meydana çıxır və 38 qol vurur. "Focca" klubu İtaliya A Seriyasına çıxır.

1992-ci ildə Sinyori, ilk mövsümdə 26 qolla İtaliya çempionatının bombardiri olduğu "Latsio"ya keçdi. O, həmçinin növbəti mövsümdə 23 görüşdə 23 qol vuraraq təkrar A Seriyasının bombardiri olur. 1995-ci ildə "A Seriyası"nda meydana çıxdığı 27 görüşdə 17 qol vurdu. Elə həmin il Cüzeppe Sinyori "Latsio"nun kapitanı təyin edilir. 11 iyun 1995-ci ildə Serxio Kraniotti Sinyorini çox əhəmiyyətli pul qarşılığında "Parma"ya buraxdığını açıqladı. Bu, "Latsio" azarkeşlərini qəzəbləndirir. Onlar, Karionttinin evinin yanına yığışaraq orda nümayiş keçirir. Tiffozi, evə pomidor, yumurta və sikkələr ataraq, və Kraniottidən Sinyorinini satmamasını tələb edir. "Latsio" rəhbərliyi açıq şəkildə bunu gözləmirdi: elə həmin gün Kraniotti danışıqları dayandırdığını açıqladı. 1996-cı ildə Sinyori 31 matçda 24 qol vuraraq üçüncü dəfə çempionatın bombardiri oldu, lakin Sakki onu, İtaliya milli komandasının Avro-96 üçun olan heyətinə dəvət etmir. Növbəti mövsüm Sinyori A Seriyasında 15 qol vurur. "Latsio"da Dino Zoff baş məşqçi postunu tərk edir və isveçli Sven-Qoran Eriksson "Latsio"nun baş məşqçisi təyin edilir. Futbolçunun yeni baş məşqçi ilə münasibətləri pozulur."Latsio" , Sinyorinin yoxluğunda İtaliya Kubokunu qazandıqda, Eriksson, oyunçuya mükafat verməkdən imtina edir. Mövsüm sonunda, Sinyori "Latsio"nu tərk etmək məcbüriyyətində qalır.

1998-ci ildə o "Sampdoriya"ya keçir və 17 matçda Sinyori cəmi 3 qol vurur.

Onurğa əməliyyatı keçirdikdən sonra 1998-ci ilin iyulunda "Bolonya"ya keçir və burada 5 ildə 67 qol vurdu.

Sonra Yunanıstanda "İraklis", Macarıstan klubu "Sopron" komandalarında oynayır və 2006-cı ildə karyerasını bitirir.

31 may 1992-ci ildə İtaliya Milli komandasının heyətində, Portuqaliya ilə matçda debüt edir.

Karyera statistikası

mənbəni redaktə et
KlubMövsümLiqaKubokQitəDigərToplam
DivisionOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Leffe1984–85D Seriyası8585
1985–86303303
Toplam388000000388
Pyaçentsa1986–87C Seriyası14130171
Trento1987–88C Seriyası313313
Pyaçentsa1988–89B Seriyası32550375
Focca1989–90C Seriyası34153415
1990–913411313712
1991–92A Seriyası3211203411
Toplam1003751000010538
Latsio1992–93A Seriyası3226663832
1993–94242310302823
1994–95271754703921
1995–96312441313826
1996–97321540303915
1997–98624532139
Toplam152107241619300195126
Sampdoriya1997–98A Seriyası173173
Bolonya1998–99A Seriyası281551116214623
1999–2000311510643819
2000–012315212516
2001–0214310153
2002–032412322714
2003–0422610236
Toplam1426610220120017481
Karyerasında toplam5262304719391521614265

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu