Coş Harrop

Coşua Andryu Harrop (15 dekabr 1995, Stokport, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur.[2] 3 iyul 2017-ci ildən EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubunda çıxış etmişdir.[3]

Coş Harrop
ing. Josh Harrop
Ümumi məlumatlar
Tam adıCoşua Andryu Harrop
Doğum tarixi (28 yaş)
Doğum yeriStokport, İngiltərə
Vətəndaşlığı
Boyu175[1]
MövqeyiYarımmüdafiəçi
Klub haqqında məlumat
Klubİngiltərə Preston Nort End
Nömrəsi10
Karyerası
Gənclik karyerası
2012—2017İngiltərə Mançester Yunayted
Klub karyerası[* 1]
2017İngiltərə Mançester Yunayted1 (1)
2017—h.hİngiltərə Preston Nort End0 (0)
Milli yığma[* 2]
2014İngiltərə İngiltərə U-203 (0)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Mançester Yunayted

Harrop öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. O, debüt oyununda qol vurmağa nail olmuşdur. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. O, bu qolu ilə Premyer liqada qol vuran 100-cü müxtəlif Mançester Yunaytedli futbolçu olub.[4] Mövsümün sonunda Harrop 10 qolla reserv komandanın bombardiri seçilmişdir. Harrop 2017-ci ilin iyun ayında yeni müqavilə təklifini rədd etmişdir.[5]

Preston Nort End

23 iyun 2017-ci ildə Harrop EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubu ilə dörd illik müqavilə imzalamışdır. O, 1 iyulda kluba qoşulacaq.[3]

Karyera statistikası

21 May 2017 tarixində yenilənib
KlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Mançester Yunayted2016–17Premyer liqa1100000011
Ümumi karyera1100000011

İstinadlar

Xarici keçidlər