Cinzaburo Masaki

Cinzaburo Masaki[a] (真崎 甚三郎, Masaki Cinzaburo?, 27 noyabr 1876 və ya 1876[1], Saqa prefekturası31 avqust 1956 və ya 1956[1]) – Yaponiya generalı. Rus-yapon müharibəsində kiçik zabit kimi iştirak etmiş, növbəti illərdə Yaponiyanın aparıcı hərbi xadimlərindən biri olmuşdur.[2]

Cinzaburo Masaki
yap. 真崎 甚三郎
Şəxsi məlumatlar
Doğum tarixi27 noyabr 1876(1876-11-27) və ya 1876[1]
Doğum yeri
Vəfat tarixi31 avqust 1956(1956-08-31) və ya 1956[1]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiYaponiya imperiyası
Rütbəsigeneral
Döyüşlər
Təltifləri1-ci dərəcəli "Doğan günəş" ordeni

Həyatı və karyerası

Cinzaburo Masaki 1876-cı ildə Yaponiyanın Saqa prefekturasında doğulmuş, 1897-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Rus-yapon müharibəsinə leytenant kimi qatılan Masaki 6-cı diviziyanın bölük komandiri təyin olunmuş, 1904-cü ilin sonunda kapitan rütbəsinə yüksəlmişdir. 1933-cü ildə general olmuş, 1934-cü ildə isə hərbi təhsil müfəttişi təyin olunmuşdur.[2]

Masaki 1930-cu illərin əvvəllərində Sadao Araki ilə birlikdə orduda Kodoha adlı ultramilliyyətçi qruplaşmaya başçılıq etmişdir. 1935-ci ildə hökumətin öndə gələn siyasi fiqurlarına qarşı sui-qəsd cəhdi planı ilə əlaqəsinə görə ordudan xaric edilmişdir. 1936-cı ildə baş verilmiş hərbi çevriliş cəhdi ilə ittiham olunmuş, lakin yetərli sübut olmadığı üçün bəraət qazanmışdır. İkinci dünya müharibəsindən sonra Tokio Müharibə Cinayətləri Məhkəməsində A dərəcəli müharibə cinayəti kimi mühakimə olunmuş və iki il həbs cəzası almışdır.[2]

Qeydlər

Ədəbiyyat

  • Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 226. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 30 iyun 2023.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 144. ISBN 0-87011-625-8. İstifadə tarixi: 30 iyun 2023.

İstinadlar

Xarici keçidlər