Cil (Lənkəran)

CilAzərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd.[1] Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir.

Cil
38°51′00″ şm. e. 48°45′29″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.279 nəf.
Xəritəni göstər/gizlə
Cil xəritədə
Cil
Cil

Coğrafiyası

Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.[mənbə göstərin]

Əhalisi

Əhalisi 2454 nəfərdir.[2]

Toponimiyası

Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır.[3] Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür.

İqtisadiyyatı

Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur. Torpaq islahatına uyun olaraq aqrarislahat komissiyası yaradılmış (1997), sahələr əhaliyə paylanmışdır.[4]

Din

Kənddə "Hüseyniyyə" məscidi dini icması fəaliyyət göstərir.[5]

Hidrologiyası

Kənddə eyniadlı çay və göl vardır. Kənd ərazisindən axan Cil çayı mənbəyini Talış dağlarından götürür və Gamışovan mərdosuna tökülür. Hidronim "bataqlıq" mənasındadır. Gamışovan mərdosuna bitişik olan Cil gölü isə hazırda qurudulmuş və çay əkin sahəsinə çevrilmişdir.[3]

Görkəmli şəxsləri

Şəkillər

Xarici keçidlər

İstinadlar