Ceyms Çadvik

(Ceyms Çedvik səhifəsindən istiqamətləndirilmişdir)

Ceyms Çadvik (20 oktyabr 1891[2][3][…]24 iyul 1974[4][2][…], Kembric) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1927). Nobel mükafatı laureatı (1935). Ernest Rezerfordun şagirdi.[7]

Ceyms Çadvik
ing. James Chadwick
Doğum tarixi20 oktyabr 1891(1891-10-20)[2][3][…]
Vəfat tarixi24 iyul 1974(1974-07-24)[4][2][…] (82 yaşında)
Vəfat yeri
Elm sahələrifizika, Neytron[1], Radioaktivlik[1]
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəriErnest Rezerford
Üzvlüyü
MükafatlarıCəngavər bakalavrı İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
"Kopli" medalı
Fizika üzrə Nobel mükafatı Companion of Honour
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

MançesterKembric universitetlərini bitirmişdir. Kembric Universitetində dərs demiş və Kavendiş laboratoriyasının direktor müavini (1923– 35), Liverpul Universitetinin professoru (1935–48) olmuşdur. Əsas işləri atom nüvəsi fizikasına aiddir. 1914-cü ildə beta-şüalanmanın kəsilməz enerji spektrini kəşf etmişdir. İlk işləri radioaktivliyə həsr olunmuşdur.[7]

Fəaliyyəti

Kavendiş laboratoriyası fizikanın bəzi böyük kəşflərinin məkanı idi. 1874-cü ildə Dyuk Devonşir tərəfindən təsis edilib (Kavendiş ailəsinin adı idi), ilk professor isə Ceyms Clerk Maksvell idi.

1920-ci ildə eksperimental olaraq nüvənin yükünün elementin sıra nömrəsinə bərabər olmasını təsdiq etmişdir. Alfa-zərrəciklərin təsiri altında elementlərin çevrilməsini (Ernest Rezerfordla birlikdə) və qamma-kvantlarla elektron-pozitron cütünün əmələ gəlməsini öyrənmişdir (P. Blekket və C. Ok kialini ilə birlikdə). Çedvikin ən böyük xidmətlərindən biri, berillium hədəfi alfa-hissəciklər seli ilə şüalandırarkən neytronu kəşf etməsidir (1932). 1934–35-ci illərdə əməkdaşı M. Qoldhaberlə birlikdə qamma-kvantların təsiri altında deytronun neytron və protona fotodissosiasiyasına aid təcrübələr qoymuşdur. 1943–45-ci illərdə Los-Alamos (ABŞ) laboratoriyasında atom bombasının layihəsi üzərində işləyən ingilis alimləri qrupuna rəhbərlik etmişdir.[7]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

İstinadlar