Cerri Qoldsmit

Cerrald Kinq "Cerri" Qóldsmit (ing. Jerrald King "Jerry" Goldsmith; 10 fevral 1929[1], Los-Anceles, Kaliforniya[2]21 iyul 2004[3][4][…], Beverli-Hillz, Kaliforniya) — amerikalı bəstəkar və dirijor, 250-dən çox televiziya layihəsi və film üçün musiqi müəllifidir. Məşhur Universal Studios açılış musiqisinin müəllifi.

Cerri Qoldsmit
ing. Jerry Goldsmith
Ümumi məlumatlar
Doğum adıJerrald King Goldsmith
Doğum tarixi
Doğum yeriLos-Anceles, Kaliforniya, ABŞ
Vəfat tarixi (75 yaşında)
Vəfat yeriBeverli-Hillz, Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat səbəbikolorektal xərçəng
Dəfn yeri
  • Hilsayd qəbiristanlığı[d]
VətəndaşlığıABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyətibəstəkar, dirijor, film bəstəkarı
Fəaliyyət illəri1951 – 2004
Janrlarklassik musiqi, film musiqisi, müasir klassik musiqi
Musiqi alətipiano
Albom şirkətiMonument Records
Təhsili
MükafatlarıOskar (1977)
Enni (1998)
Emmi (1973, 1975, 1976, 1981, 1995)
Saturn (1984)
jerrygoldsmithonline.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Cerri Qoldsmit 10 fevral 1929-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) əslən Rumıniyadan olan yəhudi ailəsində anadan olub. Anası Tessa rəssam, atası Morris Qoldsmit inşaat mühəndisi idi. Altı yaşı olanda Cerri pianoda ifa etməyi öyrənir. O, Cənubi Kaliforniya Universitetində təhsil alır, burada məşhur bəstəkar Mikloş Rojanın kursunu keçir və bütün bunlar onu kino üçün musiqi bəstələməyə həvəsləndirir. Şerron Hennecinlə nikahından Coel Qoldsmit adlı oğlu olur. 18 dəfə "Oskar" mükafatına namizədliyi irəli sürülüb və "Omen" (1976) filmi üçün yazılan musiqiyə görə "Oskar" qazanıb. Həmçinin beş dəfə "Emmi" mükafatı qazanıb. Cerri Qoldsmit 21 iyul 2004-cü ildə 75 yaşında xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra vəfat edib.

Seçilmiş filmoqrafiya

Filmin iliFilmin azərbaycanca adıFilmin orijinal adı
1973fKəpənəkPapillon
1984fQremlinlərGremlins
1989fCadugərWarlock
1990fHər şeyi xatırlayarkənTotal Recall
1991fDüşmənlə yataqdaSleeping with the Enemy
1993fZülmkar DennisDennis the Menace
1994fKölgəThe Shadow
1995fKonqoCongo
1997fMəxfi Los-AncelesL.A. Confidential
1997fPrezidentin təyyarəsiAir Force One
1997fSon həddThe Edge
1998fQanun XidmətçiləriU.S. Marshals
1998fMulanMulan
1999fMumiyaThe Mummy
2000fGözəgörünməzHollow Man

İstinadlar

Xarici keçidlər