Campyero Boniperti

italyan futbolçusu

Campyero Boniperti (it. Giampiero Boniperti [dʒamˈpjɛːro boniˈpɛrti]; 4 iyul 1928[1]18 iyun 2021[2], Turin[2]) — İtaliyalı idmansiyasi xadim. Keçmiş futbolçu. Mövqeyi hücumçu olub. "Yuventus" və İtaliya milli komandasının oyunçusu olub.

Campyero Boniperti
it. Giampiero Boniperti
Ümumi məlumatlar
LəqəbiMarisa[3]
Doğum tarixi4 iyul 1928(1928-07-04)[1]
Vəfat tarixi18 iyun 2021(2021-06-18)[2] (92 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu175 sm
Çəkisi76 kq
Mövqeyicinah yarımmüdafiəçisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyera

Klub

Futbol karyerasına 1946-cı ildə başlayıb. Karyerası ərzində ancaq bir klubun, Turinin "Yuventus" klubunun şərəfini qoruyub. 1954-cü ildə "Yuventus"un kapitanı olub. Karyerası boyunca "Yuventus"un heyətində 182 qol vurub. 40 il ərzində "Yuventus"un ən məhsuldar oyunçusu olub. 2006-cı ildən bəri Alessandro Del Pyerodan sonra, "Yuventus"un heyətində ikinci ən çox qol vurmuş oyunçudur.[4]

Karyerasını 1961-ci ildə bitirib. Karyerasını bitirdikdən sonra "Yuventus"da işləyib və 1971-ci ildə "Yuventus"un prezidenti seçilib. 1990-cı ilə kimi bu vəzifədə çalışıb.

Milli komanda

1947-ci ildə Milli komandaya dəvət alıb. Debüt oyunu 9 noyabr 1947-ci ildə Avstriya millisinə qarşı olub. 1952-ci ildə Milli komandanın kapitanı olub. Milli komandada 38 oyun keçirib 8 qol vurub. Milli komandada son oyununu 1960-cı ildə keçirib.

Karyerasını bitirdikdən sonra

Klub Prezidenti

1971-ci ildə "Yuventus"un prezidenti seçilib. Bu vəzifədə 1990-cı ilə kimi işləyib. Onun rəhbərliyi altında komanda 9 dəfə A Seriyasının qalibi olaraq 9 skudetto qazanır. İtaliya kubokunda "Yuventus" 4 dəfə qalib olur. Avrokubpklarda isə mümkun olan bütun turnirlərdə klub qalib olur və Avropa Çempionlar kuboku, qitələrarası kubok, kuboklar kuboku, UEFA kuboku və UEFA Superkubokunu qazanır. Hal hazırda "Yuventus"un Fəxri Prezidentidir.

Siyasət

1990-cı ildə "Yuventus"un prezidentlik postunu tərk etdikdən sonra siyasət ilə məşğul olur. 1994–1999 — Forza Italia hərəkatından Avropa Parlamentinin üzvü seçilir.

Uğurları

Komanda

Fərdi

Pele tərəfindən, hal hazırda həyatda olan 125 futbolçunun daxil olduğu FIFA 100 siyahısına daxil edilib.

İstinadlar

Xarici keçidlər